Bankların 8 Mart hədiyyələri - Endirimlər, Kampaniyalar

Qadınlar üçün əslində bayramlar şablon tarixlərdir. Çünki onlar ilin 365 gününü bayrama çevirəcək zərifliyə və gücə sahibdirlər. Onları bayram hədiyyələri ilə təəccübləndirmək bəzən çətin olsa da əsas cəhd etməkdir. Bayramlardan danışmışkən 8 Mart da artıq qapımızı döyür. Bu gün qadınların sevgisini, gücünü və fədakarlığını tərənnüm edən xüsusi tarixlərdən biridir. Bu tarix təkcə gül və hədiyyələri deyil, dəyər, diqqət və minnətdarlığı ifadə edir. Məhz bu tarixdə qadınların ailədə, iş dünyasında, cəmiyyətdə və iqtisadiyyatda oynadığı mühüm rolu qeyd etmək üçün müxtəlif təşəbbüslər, kampaniyalar və sürprizlər təşkil edilir. 

Banklarımız da xanımların özəl günündə onları hədiyyəsiz qoymur. Xanımlara xüsusi hədiyyələr, endirimlər və sərfəli kampaniyalar təqdim edirlər. Odur ki gəlin bankların 8 Mart hədiyyələri və kampaniyaları ilə tanış olaq. Aşağıda adları qeyd olunan banklarda qadınlar günü ilə bağlı xüsusi təkliflər mövcuddur. 

Azərbaycan Beynəlxalq Bankı 8 Mart kampaniyası

Hazırda ABB-də Beynəlxalq Qadınlar Günü münasibətilə yeni DigiHesab Max hesabı açan xanımlar üçün xüsusi kampaniya mövcuddur. Kampaniya çərçivəsində yeni DigiHesab Max hesabı açan qadın müştərilər 30 gün ərzində illik 8% gəlir əldə edəcəklər. Bu gəlir illik 6% standart faizlə yanaşı, əlavə olaraq illik 2% faydalı keşbekdən ibarət olacaq. Kampaniya  hər iki tarix daxil olmaqla 05.03.2025 - 04.04.2025 tarixlərini əhatə edir. Üstünlüklərlə bağlı daha ətraflı məlumat almaq üçün bankla əlaqə saxlaya bilərsiniz.

Bank Avrasiya 8 Mart kampaniyası

Bank Avrasiya Qadınlar Günü ilə bağlı xanımlara xüsusi hədiyyə təqdim edir. Belə ki, xanımlar VISA və Mastercard Gold kartlarını 07.03.2025 tarixinədək tamamilə pulsuz əldə edə bilər. Kartı əldə edərkən ilkin mədaxil və rəsmi gəlirinizin olması tələb olunmur. 

Kartları əldə etməklə Visa və ya Mastercard Gold kartlarının bütün üstünlüklərindən faydalanmaq mümkündür. Buraya dünyanın müxtəlif otellərində, restoranlarda, mağazalarda və onlayn alış-verişdə xüsusi endirimlər və kampaniyalar daxil ola bilər. Həmçinin sığorta, hava limanlarında “Lounge Key” və s. kimi xidmətlərdən yararlanmaq mümkündür.

Xalq Bank 8 Mart kampaniyası

Xalq Bank bayram çərçivəsində xanımlara bir illik Visa Platinum kartını pulsuz təqdim edir. Kartı linkə keçid edərək xb8mart promokodu ilə onlayn sifariş etmək mümkündür. Kartın Bakı ərazisində çatdırılması pulsuzdur. Kampaniya müəyyən olunmuş kart sayı tamamlana qədər davam edəcək. 

Bu kartla dünyanın müxtəlif hava limanlarında 1200-dən çox yüksək komfortlu zaldan istifadə etmək imkanı qazanırsınız. Həmçinin hava limanlarından transfer xidməti, xaricdə rouminq xidməti, ödənişsiz “D vitamini yoxlanışı” kimi eksklüziv imtiyazlardan yararlanmaq fürsətiniz olur. Kartın imtiyazları ilə bağlı geniş məlumatla bankın veb-saytından tanış ola bilərsiniz.

* Qeyd edək ki, məlumatlar bankların rəsmi veb-saytlarından və sosial media hesablarından əldə olunub.

Gününüz mübarək, əziz xanımlar! İlin hər günü hədiyyələriniz bol, sevinciniz sonsuz, xoşbəxt və nailiyyətli anlarınız tükənməz olsun! Sevin, sevilin və bol-bol səyahətlər edin! 

Yazar: İlk yazar