18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə aid statuslar
Vətən millətin sahib ola biləcəyi ən vacib elementdir. Bizim vəzifəmiz Azərbaycanın dövlət müstəqilliyini, milli azadlığını qoruyub saxlamaq və onu gələcək nəsillərə çatdırmaqdan ibarətdir. Biz bu yolla gedirik və bu yolla gedib yeni uğurlar əldə edəcəyik. Bu yazımızda 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü ilə bağlı sözləri sizin üçün bir araya gətirdik.
İnsanlara hürriyət, millətlərə istiqlal! - Məhəmməd Əmin Rəsulzadə
Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. - Heydər Əliyev.
Bir millətin yaşaya bilməsi üçün azadlıq və müstəqilliyə sahib olması lazımdır. - Mustafa Kamal Atatürk
Azadlıq, tarixin itməyən tək dəyəridir.- Alber Kamyu
Tərbiyə bir milləti ya hürr, müstəqil, şanlı, ali bir cəmiyyət halında yaşadır, ya da onu əsarət və səfillik içərisində qoyur. - Mustafa Kamal Atatürk
Müstəqilliyin mübarək Ey Şanlı Azərbaycan...!
Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir!
18 Oktyabr Sözləri
18 oktyabr Müstəqilliyin Bərpası Günü münasibəti ilə xalqımızı ürəkdən təbrik edirik! Müstəqilliyimiz əbədi və sarsılmaz olsun!
Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün aparılan müharibədir! Müstəqilliyin mübarək, Azərbaycan...!
Mənim könlüm deyir ki,
Hələ bunlar nədir ki...
Böyük günlər, şankı günlər, şən günlər,
Yoluna düşən günlər
Hələ qarşımızdadır!
Mikayıl Müşfiq
18 oktyabr - Dövlət Müstəqilliyinin Bərpası günümüz mübarək!
Bayrağımız heç zaman enməsin. Müstəqilliyimiz əbədi olsun. Yaşasın AZƏRBAYCAN!
Eşq olsun Azərbaycan ordusuna, eşq olsun Azərbaycan xalqına...!
Bu gün Milli Müstəqilliyin Bərpası Günüdür. Bütün Azərbaycan xalqını təbrik edir və müstəqilliyimizin əbədi olmasını arzulayırıq.
Müstəqilliyin Bərpası Günü İlə Bağlı Gözəl Sözlər
Məktəb, gənc beyinlərə insanlığa hörməti, millət və ölkəyə sevgini, müstəqillik qürurunu öyrədər. - Mustafa Kamal AtatürkMilli müstəqillik elə bir nurdur ki, onun qarşısında zəncirlər əriyir, taxt-tac yanıb kül olur. - Mustafa Kamal Atatürk
Cəmiyyət həyatı üçün fərdi azadlıq və müstəqillik şərtdir. - Mahatma Qandi.
Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır. - Heydər Əliyev.
Biz Türklər, bütün tariximiz boyunca azadlıq və istiqlala timsal olmuş bir millətik. - Mustafa - Kamal Atatürk
Vətən bu xalqın həm beşiyi, həm qidası, həm anası, həm də son mənzilidir.
Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm: - ana dilimizi - vicdanımızı - Vətənimizi.
-Şah İsmayıl Xətai
Müstəqilliyin Bərpası Gününə Aid Statuslar
Vətənə məhəbbət mücərrəd anlayış deyil, o, təşkilatçılıq, inkişaf və mədəniyyət tələb edən real mənəvi qüvvədir.
- Lev Tolstoy
Vətənin qədrini o kimsə bilər ki, vətən ilə onun ruhən rabitəsi olsun, vətən ilə bir yerdə ağlasın, bir yerdə gülsün.
- Nəriman Nərimanov
Vətən azadlıq olmadan, azadlıq fəzilətsiz, fəzilət isə vətəndaşsız mövcud ola bilməz. Əgər siz vətəndaş yetişdirsəniz, tərbiyə etsəniz, o zaman sizin hər şeyiniz olacaq, əks təqdirdə hamı, hətta dövlət başçısı belə miskin bir kölə olacaq.
- Jan Jak Russo
Azadlıq ağacı, müəyyən aralıqlarla vəyənpərvərlərin və vətən xainlərinin qanlarıyla sulanmalıdır.
- Tomas Cefferson
Əgər bir məqsəd uğrunda ayaqda deyilsinizsə, hər zərbə sizi yerə yıxa bilər.
Bu gün Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri - Dövlət Müstəqilliyinin Bərpası Günüdür.
Sən həmişə zirvələrdə dalğalan ey üç rəngli bayrağım...!
Azərbaycanın dövlət müstəqilliyi respublikamızın hər bir vətəndaşı üçün ən böyük sərvətdir.
Biz xoşbəxtik ki, müstəqil Azərbaycanda yaşayırıq.Biz xoşbəxt nəsilik ki, bu sevincli, qələbə dolu günləri görə bilirik. Eşq olsun Azərbaycan ordusuna! Yaşasın müstəqil Azərbaycan!!!
Azadlığı istəmrəm zərrə-zərrə, qram-qram!
Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram! Milli Müstəqilliyin bərpası günümüz mübarək.
18 oktyabr - güclü, yenilməz Şanlı Orduya və bir yumruq kimi həmrəy olan xalqa sahib Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür.