Ağciyər xərçəngi üçün elektron siqaret xəbərdarlığı!

Dünyada həm kişilərdə, həm də qadınlarda xərçəngdən ölüm hallarının əsas səbəbi ağciyər xərçəngidir.

Sinə xəstəlikləri mütəxəssisi dr. Nilüfer Aykaç dünyada hər 6 ölümdən birinin xərçəng səbəbiylə olduğunu bildirərək “Ümumdünya Səhiyyə Təşkilatına bağlı Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) 2020-ci il dünya xərçəng statistikasına görə, ağciyər xərçəngindən 1,8 milyon insan dünyasını dəyişib. Siqaret çəkməyi tərgidərək ağciyər xərçənginin qarşısını çox böyük ölçüdə almaq mümkündür” - deyə vurğulayıb. Dünyada ağciyər xərçəngindən ölümlərin təxminən üçdə ikisinin siqaretdən qaynaqlandığını vurğulayan mütəxəssis, elektron siqaretlərin də son dərəcə zərərli olduğuna diqqət çəkib.

Elektron siqaret çəkənlərdə rast gəlinir

Ağciyər xərçəngi üçün elektron siqaret

Nilüfer Aykaç cəmiyyətin elektron siqaretin zərərləri barəsində çox da məlumatlı olmadığını dilə gətirib: “Çox acınacaqlıdır, amma həqiqət budur ki, günümüzdə siqaret çəkmə yaşı 11-ə düşüb. Üstəlik, cəmiyyətdə elektron siqaretlərin zərərsiz olduğuna dair yanlış bir fikir var. Lakin elmi araşdırmalar bunun zərərini açıq şəkildə ortaya qoyur. Satışa 15 mindən çox müxtəlif elektron maye çıxarılır, e-siqaret mayelərinin tərkibində tetrahidrokannabinol (THC) və yağ ola bilər. Tədqiqatlar xüsusilə THC tərkibli mayelərdə və EVALI (elektron siqaretlə əlaqəli ağciyər zədəsi) arasında əlaqə olduğunu sübut edib. Bu xəstəlik yalnız elektron siqaret çəkənlərdə rast gəlinən və ölümlə nəticələnə bilən ağciyər zədəsidir."

Nilüfer Aykaç nikotini olan və olmayan elektron siqaretlərin “reaktiv oksigen molekulları”nı üzə çıxardığını qeyd edib: “Bu molekullar həm də DNT-nin zədələnməsinə səbəb olur və bədənin işləməsi üçün lazım olan fermentləri zərərsizləşdirir. Digər tərəfdən, elektron siqaretlərlə aparılan təcrübələr sübut etdi ki, bu məhsullar iltihab mexanizmlərini işə salır, hüceyrə təmirini dayandırır, astma ilə əlaqəli kimyəvi maddələri aktivləşdirir və ağciyərin funksiyasını azaldır”.

Gizlicə irəliləyir və ağır formaya çatanda özünü biruzə verir

elektron siqaretin zərərləri

Məkrli bir xəstəlik olduğu üçün gizlicə irəliləyərək gec diaqnoz qoyula bilən ağciyər xərçəngi, ən çox ölümə səbəb olan xərçəng olmasına baxmayaraq, eyni zamanda ən çox qarşısı alına bilən xərçəng xəstəliyidir. Nilüfer Aykaç elektron siqaret, tütün və tütün məmulatlarının istifadəsinə son qoyulmaqla ağciyər xərçənginin 90 faizinin qarşısının alına biləcəyini bildirib.

[xeberdarliq]

Yazar: İlk yazar