Ağrıkəsicilər əvəzinə istifadə edə biləcəyiniz 10 təbii qidalanma təklifləri
Baş ağrısı gün ərzində fiziki və zehni yorğunluqdan sonra baş verir. Bu vəziyyət olduqca cansıxıcı olur. Təqdim edəcəyimiz qidalar baş ağrısını aradan qaldırmağa şərait yaradır.
1. Qoz
Omeqa 3 mənbəyi olan qozun bədənimizdəki şişkinliyi azaltdığını və çox tez sağalmamıza kömək etdiyini bilirsinizmi? Gün ərzində bir neçə qoz yemək sizi baş ağrısından xilas edəcək.
2. Qırmızı bibər
Qırmızı bibərin tərkibində içində ağrıkəsici olan kapsaisin maddəsi var. Ağrınız varsa, həb və ya dərmanlara müraciət etməzdən əvvəl qırmızı bibərin bu ecazkar xüsusiyyətindən istifadə edin.
3. Zeytun yağı
Zeytun yağı insan sağlamlığında çox vacib yer tutur. Həmçinin, ağrıkəsici xüsusiyyətlərə də malikdir. Ağrınız varsa, çörəyi bol zeytun yağına batırıb yeyərək ağrınızdan qurtula bilərsiniz.
4. Sarıkök
Sarıkökün sağlamlığa faydaları saymaqla bitmir. Ağrınız varsa, sarıkök istehlak etməyiniz sizə böyük fayda gətirəcək. Vücudumuzun bir çox hissəsinə təsir edən sarıkökü çay kimi də istifadə etmək olar.
5. Adaçayı
Biraz dincəlmək və rahatlamaq istəyirsinizsə, adaçayı içə bilərsiniz. Bu bitki həm də ağrıkəsici xüsusiyyətlərə malikdir. Adaçayı çayı revmatizm və baş ağrısı üçün təsirlidir.
6. Qızıl balıq
Qızıl balıq da omeqa 3 ilə zəngindir. Şişkinliyinizi və ağrınızı alır. İntellektual funksiyaları yaxşılaşdıran qızıl balıq, tərkibindəki yağlar sayəsində baş ağrısını aradan qaldırır.
7. Kətan toxumu
Digər bir omeqa 3 mənbəyi olan kətan toxumu şişkinliyiniz üçün faydalıdır. Kətan toxumu mədə xəstəliklərinin, xüsusən həzm pozğunluğunun müalicəsində istifadə olunur. İmmunitet sisteminə və dəri sağlamlığına töhfə verir.
8. Darçın
Darçın antiinflamatuar xüsusiyyətləri sayəsində baş ağrısı üçün çox faydalıdır. Mədə ağrıları üçün mükəmməl olan darçın, eyni zamanda yuxarı tənəffüs yolları xəstəliklərinin müalicəsində istifadə edilir.
9. Albalı
Albalı aspirindən daha güclü ağrıkəsici xüsusiyyətə sahibdir. Tərkibindəki təbii qida mənbələri sayəsində bədənin bir çox yerindəki ağrıları aradan qaldırmağa kömək edir.
10. Kərəviz
Kərəvizin tərkibindəki ağrıkəsici maddələr sayəsində ağrınız və şişkinliyiniz üçün yaxşı təsirə malikdir. Xüsusilə mədə xəstəliklərində faydalı olan kərəvizdən istifadə etməyiniz məsləhətdir. Mədə ağrıları üçün yaxşı təsir göstərir.
[xeberdarliq]