Alkoqoldan da ziyanlı içki hansıdır?
Əcnəbi alimlər hansı içkinin alkoqoldan artıq qaraciyərə və insan psixikasına təsirini araşdırıblar.
Araşdırma zamanı mütəxəssislər müəyyənləşdiriblər ki, enerji içkilərinin qaraciyərə təsiri spirtli içkilər, o cümlədən araqla müqayisədə daha kritikdir. Bundan başqa, enerjili içkilərin tərkibindəki maddələr həzm sistemini qıcıqlandırır, hüceyrənin enerji ehtiyatını və ürəyi zəiflədir.
Alimlər bildirir ki, enerji içkiləri hətta insanın psixologiyasına da mənfi təsir göstərir. Lakin ən böyük zərbəni yenə də qaraciyər alır. Bu cür içkilərin tərkibində şəkər çoxdur, həm də sintetik qida boyaq maddələri ilə zəngindir. Enerji içkilərinin tərkibində hətta surroqat alkoqol belə tapmaq mümkündür.
Belə “öldürücü qatqı” ən mühüm xarici sekresiya vəzini - qaraciyəri zəhərləyir. Nəticədə o içki komponentlərini orqanizmdən xaric etmək üçün gücləndirilmiş parçalanma rejiminə keçir.
Alimlər bildirirlər ki, alkoqolla müqayisədə, enerji içkiləri qaraciyər üçün daha zərərlidir.