Ana südü verərkən qaz yaratmayan qidalar hansılardır?

Qaz yaradan və yaratmayan qidalar hər körpəyə görə dəyişir. Bunu aşkarlamaq üçün körpəni müşahidə etmək lazımdır. Ana südünə qaz yaradan və yaratmayan qidaları təqdim edirik.

Süd və süd məhsulları

Süd və süd məhsulları

Süd, qatıq, ayran, pendir kimi süd məhsulları yedikdən sonra körpənizdə qaz probleminin artdığını görə bilərsiniz. İnək südündən hazırlanan qidalar körpələrdə qaz və narahatlıq yaradır. Bu qidaların əvəzinə fındıq, fıstıq, badam, yaşıl yarpaqlı tərəvəzlər və quru meyvələr kimi kalsium qaynaqlarına üstünlük verə bilərsiniz. Süd və süd məhsullarının tərkibində olan laktoza da qaz əmələ gətirir.

Quru paxlalılar

Quru paxlalılar

Lobya, mərcimək, noxud kimi quru paxlalılar ana südündə qaz yaradan qidalardandır. Bu qida məhsullarının tərkibində kompleks bir şəkər olan və həzm olunduqda yüksək dərəcədə qaz yaradan rafinoza var. Quru paxlalıların qazyaradıcı təsirini azaltmaq üçün azı 12 saat suda saxlaya, qaynatdıqda köpüyünü ala bilərsiniz.

Kələmkimilər

Kələmkimilər

Brokoli, gül kələmi, Brüssel kələmi kimi Brassicaceae fəsiləsinə aid tərəvəzlərin də tərkibində rafinoza var. Qış aylarında bu tərəvəzləri ispanaq və kəvər kimi qaz yaratmayan tərəvəzlərlə əvəz edə bilərsiniz.

Soğan

Soğan

Soğanın tərkibində fruktoza adlı təbii bir şəkər mövcuddur. Fruktoza da ana südündə qaz yaradır. Soğan bişdikdə qazyaradıcı təsiri azalır. Ona görə süd verən analar soğanın bişmiş formasına üstünlük verməlidir.

Kafein

Kafein

Çay, qəhvə, şokolad, koka-kola kimi kafein tərkibli qidalar ana südündə qaz yaradır. Bunları nanə çayı, çobanyastığı çayı, şüyüd çayı və digər bitki çayları ilə əvəzləmək olar.

Dənli bitkilər

Dənli bitkilər

Bulğur, yulaf, qarğıdalı, kəpəkli qidalar və digər dənli bitkilərin tərkibində rafinoza və nişasta var. Bunlar yoğun bağırsaqdakı bakteriyalar tərəfindən parçalanır və bu da qaz əmələ gətirir. Dənli bitkiləri tamamən qida rasionundan çıxarmaq əvəzinə, qaza ən çox səbəb olan qidadan qimtina etmək lazımdır.

Alma, şaftalı, armud, ərik

Alma, şaftalı, armud, ərik

Alma, şaftalı, armud, ərik, qreyfurt kimi meyvələrin tərkibində təbii şəkər alkoqolu olan sorbitol var. Çiyələk, yemiş, üzüm, avokado, kivi kimi meyvələr isə ana südündə qaz yaratmır.

Yazar: İlk yazar