Ana südünü artırmağın yolları

Ana südü, körpənin fiziki və zehni inkişafı üçün çox vacib bir qida qaynağıdır. Uşağın sağlam böyüməsi və inkişafı üçün ana südü istehlakı vacibdir. Ana südünü təbii üsullarla artırmağın yolları:

Ana südünün önəmi nədir?

Ana südünün önəmi

Ana südü azlıq təşkil edə bilər. Analar üçün qorxulu yuxuya çevrilən bu dönəmdə südün keyfiyyətini aşağı salan qidalardan və vərdişlərdən uzaq durmaq lazımdır. Körpəsinin lazımınca qidalanıb-qidalanmaması həyəcanı ananı qayğılandırır. Əslində, hər ananın südü körpəsinə kifayət edir.

Südün kifayət etməyəcəyi ilə bağlı tədirgin olan analar əlavə qidalara müraciət edirlər. Ancaq körpə üçün ən dəyərli qida məhz ana südüdür. Ana südünün keyfiyyətinin artması üçün düzgün qidalanma vacibdir.

Körpənin ağlaması, südü kənara çıxarması və digər məqamlar anaları qayğıya salır. Südün az olduğunu düşünürlər. Ancaq bu durumlar müxtəlif səbəblərlə əlaqəli ola bilər. Əlavə qidalardan istifadə etmədən əvvəl mütləq həkimə müraciət olunmalıdır.

Əmizdirmə dönəmində həkim tövsiyələrinə uyğun şəkildə qidalanmaq vacibdir. Doğru qidalandıqda ana südünün miqdarı əsla azalmaz. Sağlam ana iki körpəni təmin edə biləcək qədər südə sahib olur. Buna görə əlavə qidalardan çəkinmək lazımdır.

Ana südü körpənin inkişafına böyük təsir etməklə yanaşı, eyni zamanda xəstəliklərə qarşı mübarizə immuniteti yaradır. Ana südü ananın sağlamlığı baxımından da əhəmiyyətlidir. Araşdırma nəticəsində körpəyə süd verən anaların döş və yumurtalıq xərçənginə tutulma riskinin az olduğu müəyyənləşib.

Körpə əmizdirən analar necə qidalanmalıdır?

Körpə əmizdirən ana

Ana südünün miqdarını və keyfiyyətini artıran əsas məqam düzgün qidalanmaqdır. Bol maye qəbul edilməlidir. Mütəxəssislər körpəyə süd verən anaların gün ərzində 3 litr su içmələrini tövsiyə edirlər.

Analar bu dönəmdə maye qəbulu baxımından şorba içə bilərlər. Xüsusilə sulu və isti şorba ana südünü artırır və arıqlamağa kömək edir. Mərcimək və yoğurt şorbası olduqca faydalıdır. Süd və ayran da maye qəbulu baxımından xeyirlidir.

Şərbətin ana südünü artırdığı deyilsə də, şəkər nisbətinin yüksək olduğuna görə həkimlər tövsiyə etmirlər. Az şəkərli kompotlara quru üzüm və qaysı əlavə edib içmək məsləhət görülür.
Artıq çəki problemi olmayan analar əmizdirmə dönəmində doşab istifadə edə bilərlər. Doşab körpənin əqli inkişafına və ananın sağlamlığına müsbət təsir göstərir. Bal da ana südünün keyfiyyətini artırır.

YUXU

Körpəni yatdırdıqdan sonra ana yatmalıdır. Ananın yatması ana südünü artırır.

Su içmək

Gündə 3-3,5 litr su istehlak etsəniz, ana südü artar. Suya əlavə olaraq, ayran, kompot və bitki çaylarından istifadə etməlisiniz.

Darçın
Darçın ana südünü artırır. Bir fincan südə bir çay qaşığı darçın tozu və bal əlavə edin. Bu qarışığı gecə yatmazdan əvvəl için. Bu proseduru 1 və ya 2 ay ərzində tətbiq edə bilərsiniz.

Şüyüd və dərəotu ana südünü artırır. Davamlı olaraq istifadə olunan şüyüd ana südünə fayda verir, prolaktin istehsalını artırır. Bitki çayları içməkdən əvvəl həkim məsləhəti vacibdir. Əks halda, əlavə təsir meydana gələ bilər.

Ana südünü artıran digər qidalar isə əncir, ağ üzüm, ağ tut və tut qurusudur. Körpə əmizdirən anaların bu qidalara üstünlük verməsi ana südünü artırır və müqaviməti gücləndirir.

[xeberdarliq]

Məqalənin davamı olaraq..

Yazar: İlk yazar