Ana südünü necə artırmaq olar?
Yeni doğulmuş körpənin həyati əhəmiyyəti olan və inkişafı üçün çox vacib olan ana südü bəzən yetərsiz ola bilər. Analar üçün qorxulu yuxu olan bu dövrdə ana südünün keyfiyyətini aşağı salacaq qidalar və vərdişlərdən uzaq olmaq vacibdir.
Bu dövrdə həyəcanlı olan analar əlavə qidalara üstünlük verirlər. Ancaq körpələr üçün ən qiymətli qida məhz ana südüdür. Doğru və sağlam qidalanma ana südünün keyfiyyətini artırmaq üçün önəmlidir.
Körpənin ağlaması, südü xaricə çıxarması və buna bənzər hallar anaların narahat olmasına, südün yetərli olmadığını və uşağın bəslənə bilməyəcəyini düşünməsinə səbəb olur. Lakin bu vəziyyətlər fərqli səbəblərdən yarana biləcəyi üçün nəticəni ana südü çatışmazlığı ilə əlaqələndirmək düzgün deyil.
Süd vermə dönəmində həkiminizin tövsiyələrinə uyğun olaraq qidalanmalısınız. Düzgün və sağlam şəkildə qidalandıqda ana südü yetərincə olar.
Ana südü körpənin inkişafına böyük töhfə verir, eyni zamanda müxtəlif xəstəliklərə qarşı təsirli bir qoruma və müqavimət yaradır. Körpə ilk 6 ayda yalnız ana südü ilə , 6 aydan iki yaşına qədər isə həm ana südü, həm də digər qidalarla qidalanmalıdır. Ana südü ananın sağlamlığı üçün də çox vacibdir. Araşdırmalar süd verən anaların döş və yumurtalıq xərçənginə tutulma riskinin daha aşağı olduğunu göstərir.
Süd verən analar necə qidalanmalıdır?
Ana südünün miqdarını və keyfiyyətini artıran əsas amil sağlam və balanslı şəkildə qidalanmaqdır. B barədə həkiminizlə məsləhətləşə və birlikdə bir proqram hazırlaya bilərsiniz. Ancaq süd vermə zamanı mütləq maye istehlakına diqqət yetirməlisiniz. Çoxlu su içmək xüsusən önəmlidir.
Süd verən analar sulu yeməklərə üstünlük verərək maye istehlakını bu şəkildə qarşılaya bilərlər. Mərcimək və yoğurt şorbası bu baxımdan vacibdir. Süd və ayran da içmək lazımdır.
Çəki problemi olmayan anaların əmizdirmə dövründə doşab yeməsi çox faydalıdır. Körpənin zəkanın inkişafına töhfə verməklə yanaşı, ananın sağlamlığı üçün də çox vacibdir. Bundan əlavə, baldan istifadə etmək də məsləhət görülür.
Ananın istehlak etdiyi qidalar südün keyfiyyətinə birbaşa təsir göstərir. Bu səbəbdən ananın vitamin və minerallarla zəngin qidalardan istifadə etməsi vacibdir. Süd verən analar tərkibində kofein və turşu olan içkilərdən uzaq olmalıdır. Süd, ət və balıq kimi zülalla zəngin qidalara üstünlük vermək gərəkdir.
Şüyüdün ana südünü artırdığı məlumdur. Şüyüd həmçinin estrogen və prolaktin istehsalını da stimullaşdırır. Lakin südverən analar bitki çayı içməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər. Əks, təqdirdə yan təsirlər meydana çıxa bilər.
Ana südünü artıran digər qidalar əncir, ağ üzüm, ağ tut və tut qurusudur. Buqidalar bədən müqavimətini və ana südünün keyfiyyətini artırır.
[xeberdarliq]