Ayaq qoxusunu aradan qaldırmağın yolları

Ayaq qoxusu bir çox insanın şikayət etdiyi problemdir. Xüsusilə gün ərzində aktiv şəkildə yeriyən və ya ayaq üstə duran birisinizsə, bu problem ilə qarşılaşmanız olduqca təbiidir.

Podoloq Zehra Albayrak "Ayaqlar çox vaxt bütün günü ayaqqabıda qalır. Buna görə də tərləmə ilə bakteriyalar ayaqqabıda, ayaqda və geyinilən corabda özünə yer tapır" deyə bildirib. O həmçinin bunları qeyd edib:

“Ayaqqabılar yenidən geyinildikdə asanlıqla ayaq qoxusunun təkrarlanmasına səbəb olur. Süni dəri, polyester əsaslı ayaqqabıların ayaq tərləməsini artırdığı və havanın keçməsinə maneə törətdiyi üçün bu daha da kəskin hala gəlir. İçinə hava girən və təbii dəridən olan ayaqqabılar ayaq qoxusunun qarşısını alır. Günümüzdə belə ayaqqabılar tapmaq çox asandır”.

Ayaq qoxusunu necə müalicə etmək olar?

Ayaq qoxusu

Zehra Albayrak bakteriyaların ayaq qoxusuna səbəb olduğunu bildirərək əsas məsələnin tərləmənin qarşısının alınmasını, beləliklə də qoxu əmələ gəlməsinə əngəl törədildiyini ifadə edib: “Ayaqların aşırı tərləməsi müalicə edilməlidir. Bunun üçün botoks tətbiqləri və iontofrez kimi fərqli müalicə üsulları vardır”.

Ayaq qoxusunun qarşısını almaq üçün bunları etmək lazımdır:

Ayaq qoxusunun müalicəsi

- Evə gələndə gün ərzində ayaqqabıda tərləyən və havasızlaşan ayaqlarımızı yuyub sonra yaxşıca qurutmalıyıq. İslaq qalmamasına diqqət etməliyik.

- Ayaqlarınız və ayaqqabılarınız üçün antibakterial qoxu əleyhinə sprey və tozlardan istifadə edə bilərsiniz.

- Evə qayıtdıqdan sonra ayaqqabılarınızı açıq havada müəyyən müddət saxlayın və sonra ayaqqabılarınıza sprey və ya pudra tətbiq edin.

- Ayaqqabılar günaşırı dəyişdirilməlidir. Belə halda, ayaqqabılarımızda bakteriyaların çoxalmasının qarşısını alırıq.

- Ayaq qoxusuna səbəb olan polyester əsaslı corablardan qaçınılmalı, əvəzinə yumşaq toxumalı pambıq corablara üstünlük verilməlidir.

- Corablar hər gün dəyişdirilməlidir.

Yazar: İlk yazar