Bel soyuqluğu (qonoreya) nədir, əlamətləri hansılardır?
Qonoreya cinsi əlaqə yolu ilə keçən bakterial infeksiyadır. Kişilərdə əsasən sidik yollarının infeksiyasına səbəb olur. Qadınlarda sidik yollarının, uşaqlıq boynunun və ya hər ikisinin infeksiyasına səbəb ola bilər. Nadir hallarda, gözlərdə infeksiyaya səbəb ola bilər.
Qonoreya vaxtında müalicə olunarsa ciddi problem yaratmır. Ancaq müalicəyə laqeyd yanaşıldıqda ciddi problemlərə yol aça bilər.
Qonoreyanın səbəbləri nələrdir?
Qonoreya müəyyən bir bakteriya növündən qaynaqlanır. Qonoreya cinsi yolla ötürülür. Buna görə də xəstəlik vaginal, anal və ya oral cinsi əlaqə zamanı qarşı tərəfə keçə bilər.
Qonoreyanın simptomları hansılardır?
Qonoreyanın heç bir əlamətə səbəb olmadığı (xüsusilə qadınlarda) geniş yayılmış bir durumdur. Bakteriyaların alınması ilə simptomların ortaya çıxması arasındakı inkubasiya dövrü adətən 2-5 gün davam edir. Ancaq bəzən 30 gün ərzində heç bir simptom görünməyə bilər.
Qadınlarda qonoreyanın simptomları
Qadınlarda qonoreyanın ilk əlamətləri tez-tez sidik yollarının infeksiyası və ya vaginal infeksiya ilə səhv salınır. Simptomlar aşağıdakılardır:
İdrar zamanı ağrı və tez-tez sidiyə çıxma
Anal qaşınma, narahatlıq, qanaxma və ya axıntı
Anormal vaginal axıntı
Cinsi əlaqədən sonra və ya menstruasiya xaricində gözlənilməz vaginal qanaxma
Alt qarın bölgəsində qanaxma
Qızdırma və ümumi yorğunluq
Vaginanın girişində şişkinlik və ağrı
Cinsi əlaqə zamanı ağrı
Boğaz ağrısı (nadir)
Kişilərdə qonoreyanın simptomları
Semptomlar adətən kişilərdə daha qabarıq şəkildə özünü göstərir. Ancaq bəzi kişilərdə simptomlar olduqca yüngül olur və nəzərə çarpmır. Kişilərdə qonoreyanın simptomlarına aşağıdakılar daxildir:
Penisdən anormal axıntı (əvvəl şəffaf, lakin sonra sarı, krem rəngli və bəzən qanlı axıntı)
İdrar zamanı ağr və tez-tez sidiyə çıxma
Anal qaşınma, narahatlıq, qanaxma və ya axıntı
Boğaz ağrısı (nadir)
Gözlərin qızarması (nadir)
Hamilə qadınlarda qonoreyanın fəsadları
Hamilə qadınlarda müalicə olunmayan qonoreya aşağıdakı ağırlaşmalara səbəb ola bilər:
Düşmə riski
Erkən doğuş
Membranların vaxtından əvvəl yırtılması. Doğuş sancıları başlamazdan əvvəl baş verir. Amniotik kisə açılır və amniotik mayenin xaricə axmasına səbəb olu
Uşaqlıq yolunda infeksiya
Kişilərdə qonoreyanın fəsadları
Kişilərdə qonoreya müalicə edilmədikdə aşağıdakı ağırlaşmalar baş verə bilər:
Xayaların arxasında yerləşən və sperma toplayan uzun və spiral borunun infeksiyası
Prostat vəzinin iltihabı (prostatit)
Müalicə olunmayan qonoreyanın bədənin digər hissələrində yaratdığı simptomlar
Qonoreya dəri, ürək və bədənin digər nahiyələrində yayıldıqda diffuz qonokok infeksiyası (DGI)ortaya
çıxır. DGI simptomlarına aşağıdakılar daxildir:
Qızdırma
Dəri infeksiyası
Qan dövranı infeksiyası
Artrit (oynaqların iltihabı). Adətən dizlərdə və əllərdə rast gəlinir.
Ürək qapağının və ürək kameralarının infeksiyası və ya iltihabı (endokardit)
Beyin və onurğa beynini əhatə edən maye və toxumaların infeksiyası
Qonoreya necə müalicə olunur?
İlkin müalicə
Qonoreya antibiotiklərlə müalicə olunur. Aşağıdakı şəxslərin müalicəyə ehtiyacı var:
Qonoreya testi müsbət çıxan insanlar
Son 60 gündə qonoreya diaqnozu qoyulmuş bir şəxslə cinsi əlaqədə olan insanlar
Doğuş zamanı qonoreyası olan qadınların körpələri
Müalicə zamanı antibiotiklərin müəyyən olunmuş dozalarda qəbulu çox vacibdir.
Müalicənin səmərəsizliyi durumu
Müalicəyə baxmayaraq simptomların aradan qaldırılmaması təkrar infeksiya və ya müalicənin uğursuzluğunun nəticəsi ola bilər. Qonoreya bakteriyalarının bəzi növləri xinolon, penisilin, tetrasiklin və s. kimi bəzi antibiotiklərə müalicə oluna bilər. Bakteriyalar antibiotiklərə davamlıdırsa, antibiotik terapiyası uğursuz olacaq.
[xeberdarliq]