Beynimizi qorumağın 5 yolu

Qlobal istiləşmənin təsiri ilə istidən ölümlərin 2030-2070-ci illər arasında üç dəfə artacağı gözlənilir. Mütəxəssislər xüsusilə yayın bu isti günlərində qocalara, uşaqlara və xroniki xəstəliyi olanlara mümkün qədər evdə qalmaları barədə xəbərdarlıq edirlər. Beynimiz istidən ən çox təsirlənən orqanlarımızdan biridir. Beynimizi aşırı istidən qorumağın yollarını təqdim edirik.

Beyni qorumaq

Yay fəslində isti hava səbəbindən bir çox insan tez-tez günvurma və buna bənzər şikayətlərlə xəstəxanaların təcili xidmətlərinə müraciət edir. Neyrocərrahiyyə Mütəxəssisi prof. dr. Gökhan Akdemir xüsusilə gün vurmasına diqqət çəkir. Qızmar istinin insanlarda şüur bulanıqlığı və beyin funksiyalarında ciddi pozulmalara səbəb olduğunu ifadə edən Akdemir, qeyd edib ki, yayda istil hava səbəbiylə xroniki tənəffüs yolu xəstəlikləri, ürək xəstəlikləri, insult və iflic kimi problemlərin artması, yaddaşın zəifləməsi müşahidə olunur.

Ölüm halları üçqat artacaq

Qlobal istiləşmənin təsiri ilə 2030-2070-ci illər arasında istidən ölümlərin 3 dəfə artacağının təxmin edildiyini bildirən prof. dr. Gökhan Akdemir, “İstiliyin artması ilə ölüm hallarının sayı da artır. ABŞ-da hər il təxminən 500 min ölümün səbəbi artan temperaturdur. BMT-nin ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı dərc etdiyi məlumatda XXI əsrin sonuna doğru atmosfer temperaturunda 2,4-4,4 dərəcə artım ola biləcəyi proqnozlaşdırılır” deyə vurğulayıb.

Beynimiz bədənimizdən daha istidir

2022-ci ildə nəşr olunan bir araşdırmaya görə beynimizin əslində bədənimizdən daha isti olduğunu söyləyən mütəxəssis, ağızdan ölçülən temperaturun 37 dərəcədən az olduğu halda, beyinin orta temperaturunun 38,5 dərəcə, daha dərin xüsusi bölgələrdə isə 40 dərəcəyə çatdığını dilə gətirib. 5 həyati qaydaya diqqət! Gökhan Akdemir beynimizi qızmar istilərdən qorumağın 5 mühüm yolunu belə sadalayıb: Lazım olmadıqca isti havada çölə çıxmayın.

Bol su için.

Beyni qorumağın yolları

Əgər açıq havada işləyirsinizsə və ya idmançısınızsa, fəaliyyət saatlarınızı isti havaya uyğun tənzimləyin.

Açıq rəngli paltarlar geyinin.

Şapkasız çölə çıxmayın.

[xeberdarliq]

Yazar: İlk yazar