Bir çox paketləmiş qidaların 80% şəkərdən ibarətdir

Bir çoxumuz qidaların və bəzi meyvələrin zərərsiz olduğunu düşünüb yeyərkən içindəki şəkər miqdarına diqqət etmirik.

Pəhriz saxlayarkən paketlənmiş qidalardan uzaq durmaq lazımdır. Buna səbəb həmin qidaların yüksək miqdarda qatqı maddəsi və şəkər tərkibli olmasıdır.

Araşdırmalara görə, ləzzətli və iştahaçıcı olan bir çox paketlənmiş qidaların 80 faizi şəkərdən ibarətdir.

Şəkər miqdarı yüksək olan qidalar:

Konservləşdirilmiş tərəvəzlər

Konservləşdirilmiş tərəvəzlər

Lobya, pomidor kimi konservləşdirilmiş qidaların tərkibindəki şəkər miqdarına baxdıqda özünüz də təəccüblənəcəksiniz. Bu qidalara əlavə edilən şəkər ləzzətini daha da artırmaq üçündür.

Pəhriz məhsulları

Pəhriz məhsulları

Satışda bir çox pəhriz məhsulları satılır. Amma yağsız və “pəhriz dostu” kimi tanınan qidaların böyük hissəsinə təəssüf ki, yüksək miqdarda şəkər əlavə edilir.

Çörəklər

Çörəklər

Ağ, taxıllı və qara çörəklərin bir çoxuna da şəkər əlavə edilir. Ona görə də marketlərdə satılan çörəklərin etiketini oxuyaraq seçməlisiniz. Hətta evdə özünüz də hazırlaya bilərsiniz.

Meyvəli yoqurtlar

Meyvəli yoqurtlar

Yoqurtların da ləzzətini artırmaq üçün şəkər əlavə edilir. Ona görə də evdə özünüz hazırlamağa çalışın.

Souslar və dadlandırıcılar

Souslar və dadlandırıcılar

Yeməklərimizi, salatlarımızı və şorbalarımızı ləzzət verən sous və dadlandırıcıların bir çoxu yüksək miqdarlı şəkər tərkiblidir.

Uşaqlarda mədə ağrıları bir çoxqida və içkiləri şirinləşdirmək üçün istifadə edilən sadə şəkər olan fruktozadan qaynaqlana bilər. Fruktoza təbii olaraq əksər meyvələrdə və bəzi tərəvəzlərdə, eləcə də şəkər, şirə, soda və qəlyanaltı kimi bir çox işlənmiş qida və içkilərdə olur.

Circulation-da dərc olunan mikro simulyasiya araşdırmasına görə, qablaşdırılmış qidalarda şəkərin 20%, içkilərdə isə 40% azaldılması ömür boyu 2,48 milyon ürək-damar hadisəsi (insult, infarkt, ürək dayanması kimi), 490,000 ürək-damar ölümü və 750,000 ilə nəticələnəcək. ABŞ-da yetkin əhali arasında diabet hallarının qarşısını ala bilər.

Şəkər üçün istifadə edilən bir çox fərqli ad var və onların əksəriyyəti işlənmiş qidalarda gizlənir. Bu səbəbdən insanlar bu qidaları qəbul etdikdə vəziyyətin fərqinə varmırlar. Təəssüf ki, bu hiylələrdən bəzilərini sağlam və ya şəkərsiz hesab etdiyimiz qidalarda belə istifadə olunur. Belə ki, məhsulun şəkərsiz olması onun sağlam olması demək deyil. Qida istehsalçıları bir məhsulda əslində nə qədər şəkər olduğunu gizlətmək və istehlakçılara məhsulun şəkərin az olduğunu düşünmək üçün müxtəlif növ şəkərlərdən istifadə edirlər.

Mənbə: www.medicina.az

Yazar: İlk yazar