Bu qidalar dərini daha tez qocaldır
Bəzi qidalardan müntəzəm şəkildə istifadə etmək dərinin qocalmasını sürətləndirir. Həmin qidaları təqdim edirik.
1. Ədviyyatlı qidalar
Ədviyyatlı yeməklərdən tamamilə imtina etməyin, lakin onları yeyərkən diqqətli olun. Belə qidalar menopoz zamanı qadınlarda rast gəlinən dəri xəstəliyi olan rosacea xəstəliyini gücləndirir. Ədviyyatlı qidalar qan damarlarını genişləndirərək dərinin qızarmasına və ya ləkəli görünməsinə səbəb ola bilər.
2. Emal edilmiş ətlər
Delikates məhsulları təkcə ürək sağlamlığınız üçün deyil, dəriniz üçün də zərərlidir. Sosiska, kolbasa kimi bütün emal edilmiş ətlərdə yüksək miqdarda doymuş yağ, natrium və sulfit olur. Bunlar dərini qurudur və iltihaba səbəb olaraq kollagen istehsalını zəiflədir.
3. Spirt
Spirt dərinin su itirməsinə səbəb olur. Dərimizin 64%-i sudan ibarətdir. Çoxlu spirtli içki qəbulundan sonra dəriniz daha şişkin görünə bilər. Spirt həmçinin kollagen itkisinə səbəb olaraq dəridə qırışlara yol aça bilər.
4. Şəkərli qidalar
Şəkərlə zəngin qidalardan çox istifadə etmək orqanizmdə kollagenə zərər verən müəyyən maddələrin istehsalına şərait yaradır. Yəni, nə qədər çox şəkər istehlak etsəniz, bir o qədər tez qocalarsınız. Buna görə şirniyyat ehtiyaclarınızı meyvəli salat və ya tünd şokoladla təmin edin.
5. Duz
Duz orqanizmi susuzlaşdırır və dəridə ödem əmələ gətirir. Bu, dərinin qırışmasına səbəb olaraq yaşlanmanı sürətləndirir. Duzlu yeməklərdən mümkün qədər uzaq durun və yeməyin dadına baxmadan əvvəl duz əlavə etmək vərdişindən əl çəkin.
6. Turş içkilər
Tərkibində çoxlu şəkər və turşu olan bu içkilər dəridə susuzluq yaradır. Mədədən dişlərə qədər orqanizmə bir çox zərərləri olan bu içkilərin yerinə su, ayran kimi təbii içkilərə üstünlük verin. Əks halda, dəriniz erkən yaşda qırışa bilər.
[xeberdarliq]