Dəmir çatışmazlığının səbəbləri və simptomları
Dəmir çatışmazlığı anemiyası qanda qırmızı hüceyrələrin azalması, yəni qansızlıqdır (anemiya).
Qansızlığın ən çox rast gəlinən forması dəmir çatışmazlığıdır. Qadınlarda daha yüksək nisbətdə görülən xəstəlik halları hamiləlik dövründə daha da artır. Dəmir çatışmazlığından qaynaqlanan anemiya səbəbindən insan birdən çox xəstəlikdən şikayətlənə bilər. Halsızlıq, yorğunluq bunun əlamətləri arasındadır. Bu narahatlıq xüsusilə dəmir tərkibli qidaların istehlak edilməməsi nəticəsində yarana bilər. Ət və paxlalı bitkilər dəmir ehtiyatı ilə zəngindir. Dəmir çatışmazlığı anemiyası ən çox görülən anemiya növüdür və bədəndə kifayət qədər dəmir olmadığı zaman ortaya çıxır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, hemoqlobin dəyərlərinin hamilə olmayan qadınlarda 12 qr/dl, kişilərdə isə 14 qr/dl-dan az olması anemiyadan xəbər verir.
Dəmir çatışmazlığının simptomları
- Dəri solğunluğu
- Zəiflik, yorğunluq
- Konsentrasiya pozğunluğu
- Baş ağrısı
- Əllərdə və ayaqlarda uyuşma
- Qulaqların uğuldaması
- Dodaqlarda çatlaqlar və ağız ətrafındakı yaralar
- Dırnaqların qırılması
- Saçların tökülməsi.
Dəmir çatışmazlığının əsas əlamətləri dəri solğunluğu, zəiflik, yorğunluq, aşağı təzyiq və dırnaqların qırılmasıdır. Daha ağır hallarda isə iştahsızlıq, həzm pozğunluğu və qəbizlik yarana bilər. Həkim müayinəsi zamanı dildə qızartı, şişlik və çatlaqlar da aşkarlana bilər. Qan testi aparılaraq dəqiq diaqnoz qoyulur.
Dəmir çatışmazlığının səbəbləri
Dəmir çatışmazlığında ən yüksək risk altında olanlar hamilə qadınlar, süd verən analardır. Uzun müddət aspirin istifadə edən şəxslər, yoğun bağırsaq və uşaqlıq yolu xərçəngi xəstəliyi olanlar risk altındadırlar. Dəmir çatışmazlığının əsas səbəbi dəmirlə zəngin qidaların istehlak edilməməsidir. Xüsusilə səhv edilən pəhrizlər, vegeterian qidalanma növləri dəmir çatışmazlığına səbəb olur. Menstruasiya qanaması zamanı qan azlığı yaşandığı üçün dəmir ehtiyatı da azalır.
Doğum öncəsi səbəblər
- Əkiz və daha çox uşağa hamiləlik
- Qanın körpədən anaya və ya əkizinə keçməsi
- Qanaxmanın digər səbəbləri
- Oksigensiz qalmaq (hipoksiya)
Doğuşdan sonrakı səbəblər
- Yaxşı qidalanmama
- İnək südündən çox istifadə
- Vegetarian pəhriz
- Yemək pozğunluğu
Arıqlama proqramları
- Absorbsiya pozğunluqları
- Xroniki ishal
- Xroniki infeksiyalar
- Həzm sisteminin anadangəlmə anomaliyaları
- Bağırsağın cərrahi yolla qısaldılması
- Anti-turşu müalicəsi, yüksək mədə pH-i
- Sink kimi elementlərin həddindən artıq qəbulu
Dəmir çatışmazlığının yarandığı durumlar
- Kəskin və ya xroniki qan itkisi
- Parazitar infeksiyalar
- Sürətli böyümə dönəmləri
- Erkən doğulmuş körpələr
- Hamiləlik
Dəmir çatışmazlığının müalicəsi
Dəmir çatışmazlığının müalicəsində düzgün diaqnoz çox vacibdir. Doğru diaqnoz üçün xəstənin şikayətləri və dəmir çatışmazlığı əlamətlərinin necə irəlilədiyi öyrənilməlidir. Qiymətləndirmə əsnasında xəstənin yaşadığı xüsusilə əhəmiyyətli sağlamlıq problemləri, istifadə olunan dərmanlar və mövcud xəstəliklər də müzakirə olunur. Dəmir çatışmazlığının müalicəsində sümük iliyi transplantasiyasından qan nəqlinə qədər bir çox üsuldan istifadə olunur. Müalicənin ən təsirli hissəsi dəmir çatışmazlığına səbəb olan faktorun müəyyənləşdirilməsidir. Xəstədə xora varsa, bunun müalicəsi qanaxmanı dayandıracaq və anemiyanın təkrarlanmasının qarşısını alacaq.
Menstruasiya prosesinə nəzarət dəmir çatışmazlığının müalicəsində çox önəmlidir. Güclü aybaşı qanaması olan qadınların hormonal dəstək almaları və aybaşı müddətlərini tənzimləmələri tövsiyə olunur. Eyni zamanda, qandakı əskik maddələr və minerallar təmin olunmalıdır. Dəmir çatışmazlığında dəmir, B12 vitamini çatışmazlığında vitamin B12, fol turşusu çatışmazlığında folik turşusu, xroniki böyrək çatışmazlığında eritropoetin verilir. Dəmir çatışmazlığının müalicəsində immun sisteminə təzyiq edən dərmanlardan istifadə olunur. Sümük iliyi xəstəlikləri ilə bağlı anemiyalarda sümük iliyi nəqli də seçimlər arasındadır.
Dəmir çatışmazlığı ilə bağlı digər məqaləmiz:
[xeberdarliq]