Diş breketi taxanlar üçün 6 ağız qulluğu tövsiyəsi

Ortodontiya müalicəsində ağız, diş və breket qulluğu önəmlidir. Diş breketi təmizliyi yaranacaq diş əti iltihablanmasına, diş çürüklüyünə və ağız qoxusuna əngəl yaradır. Buna görə dişə qulluq vacib amildir. Breket istifadə edənlər üçün tövsiyələri təqdim edirik

1. Xüsusi diş fırçası istifadə edilməlidir

breketi üçün xüsusi diş fırçası

Diş breketi istifadə edənlər diş fırçasını həkim tövsiyəsi altında seçməlidirlər. Bu fırçalar əsasən yumşaq uclu və düz olur. Sərt, sıx tüklü fırçadan istifadə etmək breketlərə zərər verə bilər.

2. Gün ərzində dişlər 4-5 dəfə fırçalanmalıdır

dişləri fırçalamaq

Breketdən istifadə edənlər dişlərini gündə 4-5 dəfə fırçalamalıdır. Breketin təmizliyi vacibdir. Buna görə dişlərə xüsusi şəkildə qulluq edilməlidir.

3. Diş fırçanız və məcununuz yanınızda olmalıdır

breket və diş məcunu

Diş breketi istifadə edənlərin diş fırçaları və məcunları yanında olmalıdır. Hər yerdə, hər zaman dişlərini fırçalamaq imkanına sahib olmalıdırlar.

4. Fırçalama müddətini uzatmalısınız

diş təmizliyi

Normal diş qulluğu zamanı fırçalama prosesi 2-3 dəqiqə çəkir. Diş breketi istifadə edənlər isə bu müddəti daha da uzatmalıdır. Fırçalama zamanı xəfif bir tərz seçməlisiniz.

5. İnterfeys fırçası istifadə edin

interfeys fırçası

Breketlərə görə fırçanın çatmadığı yerləri təmizləmək üçün interfeys fırçası istifadə edin. Fırçanın ağzınızın hər yerinə çatması önəmlidir.

6. Diş ipi istifadə edin

Diş breketi taxanlar üçün diş ipi

Diş təmizliyində tam mənada uğur qazanmaq üçün diş ipi istifadə edə bilərsiniz. Diş ipi dişinizin və breketlərinizin arasında yığılmış hər şeyi təmizləyir.

Diş breketi taxanlar dişlərini necə fırçalamalıdır?

Ortodontiya müalicəsi alanlar həkimləri tövsiyə etdiyi fırçalardan istifadə etməlidir. Bu fırçalar əsasən yumşaq uclu, kiçik başlı və düz olur. Elektrikli diş fırçalarına önəm verilmir.

Diş fırçası breketlərin qopmasına, yerindən oynamasına səbəb ola bilər. Buna görə ortodontiya müalicəsində breket istifadə edənlər üçün xüsusi diş fırçaları tövsiyə olunur. Hər yeməkdən sonra dişlərin və breketlərin təmizliyi edilməsə, pis durumlarla üzləşilə bilər. Gecə yatmazdan əvvəl ağız qulluğu ilə məşğul olmaq vacib məqamdır

Diş breketi təmizliyində hansı məhsullar istifadə olunur?

Diş breketlərini təmizləmək

Diş təmizliyi böyük önəm daşıyır. Diş breketlərini təmizləmək üçün istifadə olunan diş fırçaları ilə yanaşı, digər məhsullar da istifadə edilir. Diş məcunun fluoridli olmasına diqqət yetirilir. Həmçinin, ağıza qulluq suları da istifadə olunur. Bu suların tərkibində də fluorid olur. Gündə bir-iki dəfə diş ipi istifadə olunmalıdır. Breketlər üçün nəzərdə tutulan diş iplərinə üstünlük verilməlidir. Bunlarla yanaşı, diş duşu da istifadə etmək olar.

İnterfeys fırçası necə istifadə olunur?

İnterfeys fırçasının istifadəsi

İnterfeys fırçalar hamı tərəfindən istifadə olunur, lakin breket istifadə edənlər buna xüsusən diqqət yetirməlidirlər. Breketlərin arasına, kənarlarına nüfuz etməyə kömək edən interfey fırçaları rahatlıq yaradır. İnterfey fırçaları ortodontiya fırçaları ilə müqayisədə daha sərt quruluşa malikdir. Buna görə ehmalca istifadə edilməlidir.

Breket taxanlar diş ipindən necə istifadə etməlidir?

Bu müstəvidə köməkçi məhsullardan biri də diş ipləridir. Diş iplərindən diş breketi istifadə etməyənlər daha rahat istifadə edir. Ancaq diş ipindən necə istifadə etməyi bilmək gərəkdir. Əks təqdirdə, dişlərə zərər verilə bilər. Diş ipi istifadə etmədən əvvəl həkimdən tövsiyə və təlimatlar alınmalıdır.

Diş breketi taxanlar əsasən şamlı diş iplərindən istifadə edirlər. Şamsız diş ipləri breketlərə ilişərək qopa bilər. Diş ipinin uzunluğu təxminən 45 sm olmalıdır. İpi diqqətlə keçirin. Xüsusən ipin breketin altına keçdiyindən əmin olun. Daha sonra ipi növbəti dişə keçirmək üçün çıxarın və əsas breketə yenidən keçirin. Hər bir dişin yan tərəfi boyunca ipi ehmalca aşağı-yuxarı hərəkət etdirin.

[xeberdarliq]

Yazar: İlk yazar