Əkizlər bürcünün xüsusiyyətləri

Hər hansı bi adamdan "sizcə, ən çox ikili şəxsiyyətə sahib bürc hansıdır?" deyə soruşsanız, yəqin ki, "əkizlər" deyə cavab verər. Əkizlər ağlımıza 2 rəqəmini gətirir, amma əsl hiylə "3" rəqəmində gizlənir! Əkizlər üçüncü bürcdür. Əkizlər "sintez", yəni iki bənzəməyəndən ibarət qüsursuz bir bütövlük deməkdir.

Neytral, dinamik, qeyri-sabit, çoxfunksiyalı olmaq əkizlərin varolma xüsusiyyətidir. Beynin hər iki hissəsini mükəmməl şəkildə istifadə edən, duyğu və zehni, intuisiyanı və sağlam düşüncəni birləşdirə bilən və zehin-bədən əlaqəsi mükəmməl olduğu üçün son dərəcə sürətli reflekslərlə davranan özünəməxsus bir dünya olaraq dizayn ediliblər.

İki komponentin bütövlüyü üzərində qurulan belə bir sistem necə davamlı olaraq dayana bilir? Əlbətdə ki, davamlı olaraq yeni bir mövzuya diqqət yetirərək və heç bir yerə qapılıb qalmayaraq...
Əkizlərin fikir dünyası çox zəngin və rəngarəngdir. Hər imkanı bilmək və qavramaq istəyirlər və bununla bağlı spekulyasiya etməyi sevirlər. Onlar "nəzəri cəhətdən" inqilabçıdırlar! Ancaq praktikada öyrəndikləri kimi davrandıqları da bir həqiqətdir...

Olduqları mühitdə canlılıq yaratmaq istəyirlər. Diqqəti cəlb etməməyə və ya kənarda qalmağa dözə bilmirlər. Üstəlik, ünsiyyəti başlatan və bitirən onlar olmalıdır.

Bir uşaq həyəcanı ilə oxuyur, izləyir, yazır, rəsm çəkir, ifa edir, iş bitdikdən sonra yox olurlar.
Dostlarını həqiqətən sevirlər! Yaxşı ətraflarının olması üçün əllərindən gələni əsirgəmirlər və həmişə dostluqlarına ədalətlə yanaşırlar.

Uzunmüddətli hesablarla hərəkət etmədikləri üçün siyasətçil olmalarını gözləməyin! Hər şeyi necə var elə də deyirlər.

Son dərəcə açıq görünsələr də, daxili aləmləri onların alınmaz qalasıdır. Fikir versəz görərsiniz ki, hər zaman öz aləmlərində yaşayırlar. Özləri haqqında tapdıqları şeylərin əhatəsində olmağa ehtiyac duyurlar.

Münasibət meylləri: Maraqlıdır və həmişə stimullara açıqdır. Çox yönlü və rəngarəng bir şəxsiyyətə malikdir. Öyrənmək onun üçün nəfəs almaq kimidir. Durğunluğa dözmür, tez darıxır. Yüngül struktura və şəffaf perspektivə malikdir. Duyğuları ilə çox dərinləşməkdən çəkinir.

Üstünlükləri: Nə qədər ki, siz onu məşğul edirsiniz, o, uyğunlaşa bilir və asanlıqla uyğunlaşır. Onun mehribanlığı, gənc dünyagörüşü onu həmişə cəlbedici edəcək. O, ən son inkişafları və tendensiyaları izləməyi sevir. O, çox hazırcavabdır, həm də inandırmaq qabiliyyətinə malikdir. Tez hazırcavab və nadinc, əyləncəlidir.

Zəif cəhətləri: Yalnız özünü düşünür, prinsipsiz davranmağa, hadisələri asanlıqla təhrif etməyə meyllidir. Bu baxımdan, balanssız davranış göstərə bilər. O, asanlıqla fikrini dəyişə və şeytanın vəkili rolunu oynaya bilər. Həddindən artıq dəyişiklik axtarmaq onu etibarsız edə bilər. Oynaq və uyğunsuz ola bilər.

Mənsubiyyət, onlar üçün "dağınıq" sistemlər saxlayan bir çərçivə kimidir. Yaxın çevrələrinə düşkün və həssasdırlar.

İnanmayacaqsınız, amma ən böyük qorxuları itirməkdir!

Əkizlər bürcünün xüsusiyyətləri

Əkizlər qadınının yanaşması:

Rəngarəng xasiyyəti olan çox yönlü və özünə inamlı qadındır. O, nadinc rəftarları, bacarıqlı, asan gedən və uyğunlaşa bilən quruluşu ilə azadlığına düşkün havaya malikdir. Ona görə də münasibətlərində yumor, zəka və geniş üfüqlər axtarır. Buna görə də o, özü kimi maraqlı, mədəniyyətə və öyrənməyə dəyər verən tərəfdaşları cəlb edir. Qarşısındakı insan öz bilik və təcrübəsi ilə onu təəccübləndirməyi bacarmalı və onu daim yaşatmalıdır.

İtirməkdən çox qorxduqları üçün münasibətə girməyə ehtiyat edirlər. Bir dəfə bağlansalar, əsla ayrılmırlar, sevdiklərindən bərk yapışırlar.

Əkizlər kişisinin yanaşması:

O, həmişə yolda olan bir insandır. O, demək olar ki, yalnız beyni ilə yaşayır. O, həmişə fikir dünyasına, yeni bir şey öyrənə biləcəyi axtarışlara, oxumağa, intellektual müzakirələrə cəlb olunur.

Maço xüsusiyyətləri göstərmirlər və həmişə daha humanist və çevik olmağa çalışırlar.

Onlar oynaq davranışları və bilikləri ilə son dərəcə əyləncəlidirlər. Onlar sizə təzyiq etmədən təəssürat yaratmağı xoşlayırlar. Ancaq emosional dərinləşmə başlayanda, onların uşaq tərəflərini daha asanlıqla araşdıra bilərsiniz. Onlar emosional sahədə çox sabit ola bilməzlər və daim dəyişən düşüncələri səbəbindən hisslərindən tam əmin olmaya bilərsiniz.

Dəbi izləyirlər. Onları pis geyimlərdə görə bilməzsiniz. Əkizlərin həm qadınları, həm də kişiləri son dərəcə dəblə, gözəl geyinməyi sevirlər.

İstedadlı və bacarıqlı olmaqla yanaşı, ətrafdakıları xəyal qırıqlığına uğradan kimi də tanınırlar. Bunun səbəbi eyni anda bir neçə işə girişib heç birini görə bilməmkdir.

Əkizlər gördükləri bütün işləri səmimi qəlbdən etmək istəyirlər. Və nə edə biləcəklərinə ürəkdən inanırlar. Çünki yeni bir zəmin yarada biləcək cəsarətli bir baxışa sahibdirlər.

Əkizlərdən kömək istəyərkən diqqətli olun! Verəcəkləri cavab qeyri-adi və istənilməyən şəkildə ola bilər.

Onlar həqiqətən yaxşı niyyətlidirlər. Əllərinin altında axıb gedən, dayanmayan zaman onları pərişan edir. Ona görə həmişə dinclik yox, həm də hüzursuzluq axtaran insanlardır.

Əkizlər və münasibətlər

Əkizlər və münasibətlər

Sevgiyə aşiqdirlər! Sevgi onlar üçün həzin bir musiqi, gözəl bir şəkildir. Bir "konsepsiya" olaraq hər zaman nəyəsə aşiqdirlər. Ancaq həqiqətən sevdikləri şey aldıqları "zərif ləzzət" duyğusudur.

Zövqün bir vərdişə çevrilməsi onlarda narazılıq hissi yaradır və fərqli bir "konsepsiya" ya doğru zərifcəsinə uçmaq istəyirlər! Bu bitdikdən sonra başqa həzz mənbəyi axtarırlar.

Əkizlər itirməkdən çox qorxurlar və sahib olmaqdan gizli bir ləzzət alırlar. Ailələrini çox sevirlər!
Uzun münasibətlərdə ümumiyyətlə onları zənginləşdirən, üfüqlərini açan və onlara yol göstərən insanlara maraq duyurlar. Anlayışlı və etibarlı həyat yoldaşı seçirlər.

Cinsi anlamda sadiq, emosional baxımından sevgi dolu və şifahi ünsiyyətdə hər zaman həssas olmalarını gözləməyin. Seks özlərini ifadə etmək və yaxınlığı qorumaq üçün istifadə etdikləri əsas vasitədir. Münasibətlərin davam etməsi üçün yatağın isti qalması əsas şərtdir.

Birlkdə yaşamaq üçün çətin insandırlar. Bəzən ətrafa hüzur vermrlər. Ancaq ümumilikdə evliliklərinə sadiqdirlər.

Münasibətlərlə əlaqəli olaraq "fenomen" olaraq qəbul edilmələri heç də boşuna deyil! Qəflətən gələr, qəflətən gedərlər. Sevgi həyatları olduqca fərqli ola bilər.

Oxatan əkizləri tamamlayan bürcdür. Onlarla evlilikləri uğurlu alınar.

Qoçlarla münasibətləri sərt problemlərlə rəngləndirilir. Bir-biriləri ilə yola getmirlər.

Şirlərlə kimin daha bacarıqlı və ağıllı olmağı mövzusunda mübahisələr edərlər.

Tərəzi ilə uzunmüddətli münasibət qura bilərlər. Ancaq bu da olduqca nisbidir.

Dolça və digər əkizlərlə yaxşı yola gedirlər.

Qız və əkizlər bir-birlərinə maraqlı gəlirlər, ancaq bumaraq uzaqdandır.

Əkizlər və karyera

Əkizlər və karyera

Etdikləri hər şeyi sevgi ilə etmək, başladıqları hər işdə mükəmməl bir sevgi hissi yaşamaq istəyirlər. Bir işdən zövq alanda qarşısıalınmaz və cazibədar olmağın sirri budur!

Onların tərzi naməlumluğa əsaslanır! Müsbət və mənfi mənada təəccübləndirməyi sevirlər.
Əkizlər müstəqil görünürlər, amma bunu birlikdə etməyi sevirlər. Yeni insanlar vasitəsilə geniş üfüqlərə çatmaq, münasibətlərlə böyümək, fəaliyyət dairələrini münasibətlərlə genişləndirmək üçün səy göstərirlər. Partnyor onlar üçün körpü ilə sinonimdir.

Seksə həvəslidirlər. Bəzən həddindən artıq uc nöqtələrə vara bilərlər.

Hər şeyi bir anda əllərinə almaq istədikləri üçün, Yupiter və Mars yaxşı tərəfdədirsə, böyük investorlara çevrilə bilərlər. Donald Trump və Marcus Persson bu baxımdan yaxşı nümunələrdir.

Əkizlər və sağlamlıq

Xəstələnməkdən qorxurlar və qocalığın öhdəsindən gələ bilmirlər.

Sağlamlıq baxımından ağciyərlərinin, barmaqlarının və biləklərinin həssas olduğu bilinir.

Sınıqlara, çıxıqlara, sinir uclarının iltihabına, romatoid artrit kimi ağrılı xəstəliklərə qarşı həssas ola bilərlər.

Diqqət çatışmazlığı sindromu əkizlərə yaraşır. Daxili tarazlıqları pozulduqda yuxusuzluq, miqren tutmaları, sinir zəifliyi və depressiv meyllər yaşamaları mümkündür.

Əkizlərin yolu

Əkizlərin həyat dərsi zamanın axarından qaça bilməyəcəyini öyrənməkdir.

Həyat əyləncə parkında baş verən qısa bir film deyil, hörmətlə dadına baxılması lazım olan uzun bir gəzintidir. Və bu yolda hər şeyi eşitmək, görmək, ağlına yazmaq həyatı mənalı etməyə bərabər deyil.

Həyatda qeyd etdiklərini mənalı bir məhsula çevirmək üçün dayanmaq, həzm etmək və zamanla dəyər qazanmasına imkan vermək lazımdır.

Əkizlər hüzur tapmaq üçün bir şeyi anlamalıdırlar: həyat ancaq bütöv halda mənalı və gözəl olur.

Yazar: İlk yazar