Faringiti evdə müalicə etməyin yolları

Xüsusən qış aylarında geniş yayılan faringitlə bağlı məlumatları bir araya toplamışıq. Faringitin səbəbləri, əlamətləri və faringitə yaxşı təsir edən bitkiləri təqdim edəcəyik. Faringiti aradan qaldırmağa kömək edən bitkilər aşağıdakılardır.

1. Ekineziya

Ekineziya

Faringitin müalicəsində ən çox istifadə olunan bitkilərdən biri də ekineziyadır. Ekineziya əsasən qızıl möhür bitkisi ilə birlikdə istifadə edilir. Ekineziya ağrını azaldır, udqunma çətinliyini aradan qaldırır.

2. Ada çayı

Ada çayı

Ada çayı ilə qarqara edilərək boğazda yaranan infeksiyanı və iltihabı aradan qaldırmaq olar. Almaniyada aparılan araşdırmaya görə, ada çayının tərkibindəki maddələr boğazdakı infeksiya və iltihablara qarşı təsirlidir. Gündə 8-9 dəfə ada çayı ilə qarqara edərək farangitin səbəb olduğu infeksiyanı aradan qaldırmaq olar.

3. Zəncəfil

Zəncəfil nədir

Şəfa qaynağı adlandırılan zəncəfil bir çox sağlamlıq problemlərinə müsbət təsir göstərir. Zəncəfildən üst tənəffüs yollarının açılması üçün istifadə edilir. Salatlarda və yeməklərdə zəncəfildən bolluca istifadə edə bilərsiniz.

4. Zərdəçal

Zərdəçal

Mikroblara qarşı olduqca təsirli olan zərdəçal, boğaz və tənəffüs yolundakı mikrobları aradan qaldıraraq üst tənəffüs yollarının açılmasına kömək edir. Eyni zamanda, sinə ağrılarını da azaldır. Bir stəkan südə yarım qaşıq zərdəçal əlavə edib qaynadın. İlıq hala gəldikdə içinə bal əlavə edin. Bu qarışığı gündə 3 dəfə için.

5. Reyhan

Reyhan

Reyhan təbii şəfa mənbəyi sayılır. Olduqca güclü antioksidant olan olan reyhan, tərkibindəki maqnezium sayəsində qan axınını sürətləndirir. Üst tənəffüs yolunun rahatlığını təmin edərək faringitin müalicəsində vacib rol oynayır. Reyhan yarpaqlarını suda qaynadaraq suyunu içə bilərsiniz.

6. Nanə

Nanə faydası

Nanə də faringitin müalicəsində istifadə eilən bitkilərdən biridir. Tənəffüs yollarını açır, boğaz ağrısını azaltmağa kömək edir. Nanə yarpaqlarının olduğu su buxarı faydalıdır.

7. Limon

Limon faydası

C vitamini qaynağı olan limon, faringiti sağaltmağa da kömək edir. Limondan bir çox şəkildə istifadə etmək olar. Limon həzm sistemi üçün də xeyirlidir.

Faringit nədir?

Faringit nədir?

Boğaz iltihabı kimi tanınan faringit, burun və boğaz boşluğunun arxa divarında meydana gələn iltihablanmadır. Yoluxucu xəstəliklər kateqoriyasında yer alan faringit, gözlə görülən iltihablanmaya səbəb olur.

Faringit niyə yaranır?

Faringit əsasən qış aylarında rast gəlinən infeksiya nəticəsində yaranır. Bəzi insanlar bu xəstəliyə daha tez-tez tutulurlar. Stress altında işləyənlər, qeyri-sağlam qidalananlar, siqaret çəkənlər və yuxu problemi yaşayanlar bu şəxslərə aiddir. Bəzi genetik faktorlar da faringitin əmələ gəlməsinə səbəb ola bilər. Burun çəpərində əyrilik olanlar və ağızdan nəfəs alanlarda faringit yaranması riski daha çoxdur.

Faringitin əlamətləri

Səs qısıqlığı, hərarət, öskürək, boğazda ağrı, boğaz qaşınması, boğazda quruluq, boğazda yanma, halsızlıq, burun yanması faringitin əlamətləridir. Faringit yarandıqda əvvəlcə həkimə müraciət olunmalıdır. Müalicə prosesi təyin olunmalıdır. 10 günə sağalan faringit zamanı istirahət, çoxlu su içmək və sağlam qidalanmaq vacibdir. Turşulu və ədviyyatlı yeməklərdən uzaq olmaq gərəkdir.

Faringitin növləri

Faringitin növləri

Yoluxucu boğaz iltihablanması olan faringitin iki növü var;

1. Kəskin faringit

Kəskin faringitdə xəstəliyin əsl səbəbi viruslar və mikroblardır. Üst tənəffüs yolu infeksiyalarından biri olan kəskin faringit yoluxucu xəstəlikdir.

2. Xroniki faringit

Boğazın qıcıqlanması ilə ortaya çıxan xroniki faringit az su içənlərdə və siqaret çəkənlərdə yaranır. Davamlı olaraq ağızdan nəfəs almaq da boğazda quruluğa və qıcıqlanmaya səbəb ola bilər.

[xeberdarliq]

Yazar: İlk yazar