Gənc qızlarda ginekoloji problemlərin ilkin əlamətləri

"Qız uşaqlarında xarici görünüşündə qüsurlar-tüklənmə, saçlarda yağlanma, üzdə çivzələrin əmələ gəlməsi problemli prosesin başlanğıc əlaməti ola bilər”.

Bunu açıqlamasında ginekoloq-endokrinoloq, Azərbaycan Tibb Universitetinin dosenti Natəvan Axundova bildirib.

Gənc qızlarda ginekoloji problemlər

Qız uşaqlarında yaranan ginekoloji problemlərin ilkin əlamətlərini açıqlayan N. Axundova deyib ki, ginekoloqa vaxtında müraciət çox vacib bir məqamdır.

Onun sözlərinə görə, çox zaman adi qəbul edilən tüklənmə çox sadə bir simptom olsa da, bu, böyrəküstü vəzin, yumurtalıqların şişi ilə da bağlı yarana bilir.

Həkimin fikirləri ilə tam şəkildə videoda tanış ola bilərsiniz.

Yeniyetməlik uşaqlıqdan gənc qızlığa doğru addımların atıldığı bir dövrdür. Bu dövrdə fiziki və şəxsiyyət inkişafı çox sürətlidir. Qızlarda 9-10 yaşında başlayan bu inkişaf 18 yaşa qədər davam edir. Yeniyetməlik dövründə sağlam qadın olmaq üçün lazım olan dəyişikliklər baş verdikdə beyin və reproduktiv orqanlar hormon adlanan kimyəvi maddələr vasitəsilə bədənin digər hissələrinə mesaj göndərir. Qızlar yetkinlik yaşına oğlanlardan təxminən iki il əvvəl daxil olurlar. İnsanın bu böyümə və inkişaf prosesini özü tənzimləməsi mümkün deyil. Bu proses yalnız bədən hazır olduqda başlayır.

Gənc qızlarda menstrual pozğunluqlar önəmli ola bilər.

Gənc qızlarda menstrual pozğunluq

Düzensiz menstrual dövrlər bəzi problemlərin əlaməti ola bilər, çünki menstruasiya yeni başlayan qızlar normalın nə olduğunu dəqiq bilmirlər və bu mövzuda danışmaqdan utanırlar. Buna görə də klinisyenler ətraflı araşdırma aparmalıdırlar. Klinisiyanın məsuliyyəti təkcə sual vermək deyil, həm də həm gənc yeniyetməni, həm də onların ailəsini normal və anormal qanaxma nümunələri və miqdarları haqqında məlumatlandırmaqdır.

e-tibb.az

Yazar: İlk yazar