Whatsapp status üçün gülməli mesajlar 2021
Ən gülməli mesajları bir araya toplamışıq. Bunları sosial şəbəkələrdə paylaşa və ya yaxınlarınıza göndərə bilərsiniz.
İgidin cib telefonu meydandadır.
Bilməmək ayıb deyil, yetər ki, biruzə vermə.
Sevgi hovuzuna axmaqlar düşər, amma məni itələdilər.
İmtahanda sıfır aldım, amma vacib olan iştirak etməkdir.
Kim deyir ki, qırmızı işıqda keçmək olmaz? Rəhmətlik keçərdi.
Boynunu döndərmə. Ağlından keçənləri oxuya bilmirəm.
Kəndimizdə ağaclar peyvənd olunanda həmin gün ağaclar tətildə olardı.
Hər kəs mükəmməlliyi çöldə axtarır, boş yerə axtarmayın, evdəyəm.
Həqiqətlər acıdır, paxlava şirindir, o zaman paxlava həqiqət deyil.
Əbəs yerə deməyiblər ki, dəliyə hər gün sevgililər günüdür. Səni dəli kimi sevən dəlin.
Ən gülməli mesajlar
Bütün kişilər limon kimidir, onlara baxanda ağzınız sulanar, yeyəndə isə mədəniz bulanar.
Qadının önünə dünyanı sərsən, “bu tərəfə sərsən daha yaxşı olardı” deyər.
Ağıllı olub dünyanın dərdini çəkməkdənsə, dəli ol, qoy dünya sənin dərdini çəksin.
Zorla gözəllik olmaz, olsa-olsa estetik əməliyyatla olar.
Bütün qadınlar eyni vaxtda bir yerə baxırsa, ya endirim var, ya da ordan mən keçirəm.
Sual: Bir alma niyə diskotekaya gedib? Cavab: qurdlarını tökmək üçün.
Bir gün "çox xoşbəxtəm, həyat gözəldir" yazsam, bilin ki, hesabım oğurlanıb.
Oğlanların hamısına “odun” deyən qızlar, hər gün o qədər makiyajı meşəyə getmək üçün edirsiniz?
Salam qızlar, bu aralar mesajlarınıza cavab verə bilmirəm. Çünki mesaj yazmırsınız.
Uğurlu kişi arvadının xərcləyə biləcəyindən daha çox qazanandır. Uğurlu qadın isə belə bir kişi tapandır.
Niyə kişilər onlarla maraqlanmayan qadınların arxasınca düşürlər? Köpəklərin sürə bilməyəcəyi maşınların arxasınca düşdükləri kimi...
Bir daha məni narahat etmə. Mənim pisliklərlə işim olmaz. Allah sənə lənət etsin. Həyatımı məhv etdin, alçaq siqaret.
Kompüterimlə maraqlanarkən televizora haqsızlıq etdiyimi düşünürəm... Televizor seyr edərkən kompüterimi aldatdığımı hiss edirəm.
Hal hazırda hər 100 nəfərdən 35-i yatır, 10-u yemək yeyir, 25-i işləyir, 15-i cinsi əlaqədə olur, 10-u maşın sürür, 4-ü dərs oxuyur, bir axmaq isə telefonda SMS oxuyur.
Niyə axmaq-axmaq baxırsan? Mənəm, sənin cib telefonun. Çantanda qalmaq darıxdırıcıydı. Bir mesaj yaz, kefimiz açılsın.