Gün ərzində neçə stəkan çay içmək olar? Qara çay ziyandırmı?
Çay dünyanın ən çox sevilən içkilərindən biridir və insanların demək olar ki, 80% -i onu istehlak edir. Çayın sağlamlığa faydaları arasında ürək sağlamlığını artırmaq, stresi azaltmaq, yüksək xolesterolu azaltmaq, ağız boşluğunu yaxşılaşdırmaq, sümük sağlamlığını artırmaq, sayıqlığı artırmaq, ishal və həzm problemlərini önləmək qabiliyyəti var. Çox sevdiyimiz içkilərdən biri olan çayın faydaları və zərərləri haqqında məlumat topladıq:
Rusiyanın "Roskontrol" İstehlakçılar Birliyi iriyarpaqlı qara çay üzərində araşdırma aparıb. Araşdırma nəticəsində bəzi nümunələrdə qəlib və pestisidlər tapılıb. Tədqiqatın nəticələrinə əsasən, mütəxəssislər infarktdan ölməmək üçün gündə neçə stəkan çay içməyin lazım olduğunu müəyyənləşdiriblər.
Testlər həm ən ucuz, həm də ən baha çaylar üzərində aparılıb.
Bəs ümumilikdə gün ərzində nə qədər çay içmək olar?
Qara çayda kifayət qədər yüksək kafein və tanin var. Kafein ürəyə mənfi təsir edir, nəbzi zəiflədir, qan təzyiqini yüksəldir.
Bu isə tədricən infarkt və insulta gətirib çıxarır. Odur ki, kardioloqların fikrincə, gün ərzində 4-5 fincandan artıq çay içmək qadağandır.
Həddindən artıq çay istehlakı, tərkibindəki 'taninlər' səbəbiylə bədəndə dəmirin əmilməsinin qarşısını alacağından anemiya adlanan bir sağlamlıq probleminə səbəb olur. Bundan əlavə, tərkibindəki kofein, həddindən artıq çay istehlakı səbəbindən qan təzyiqini artıra bilər və fərdlərdə taxikardiyaya səbəb ola bilər.
Həddindən artıq istehlakın qan təzyiqinin artmasına səbəb olduğu bildirilir. Hər iki çayda kofein var, lakin yaşıl çayda daha az kofein var. Qara çay da yaşıl çay kimi antioksidan xüsusiyyətlərə malikdir, lakin qara çay daha çox işləndiyindən antioksidanların miqdarı daha az olur. Qara çay istehlakının gündə beş çay stəkanından çox olmaması tövsiyə olunur. Bitki çaylarının üç stəkanı keçməməsi tövsiyə olunur.
oxu.az