Hamiləlik dövründə içilə biləcək bitki çayları
Hamiləlik dönəmində qadınların orqanizmində böyük dəyişiklik yaşanır. Bundan dolayı bəzən bədənin müqaviməti düşə bilər. Bu cür problemləri minimuma endirmək və bədən müqaviməti ilə immunitet sistemini gücləndirmək üçün bəzi bitki çayları içmək olar. Ancaq belə çayları həkim məsləhəti ilə içmək gərəkdir. Bəzi bitki çayları anaya və onun körpəsinə zərər verə bilər.
Hamilə qadınlar üçün faydalı olan, bəzi ağrıları azaldan, yaxşı yuxu gətirən, sakitləşdirici təsirə malik olan bitki çaylarını təqdim edirik.
1. Cökə çayı
Hamiləlik dönəmində içilə biləcək bitki çayı olan cökə çayı immun sisteminin güclənməsinə kömək edir, qrip və soyuqdəymə kimi problemlərə qarşı mübarizə aparır.
2. Çobanyastığı çayı
Çobanyastığı çayı yuxu problemi olan hamilə qadınlar üçün təsirli rola malikdir. Bu çay həmçinin sakitləşdirici xüsusiyyətə malikdir.
3. Şüyüd çayı
Şüyüd çayı hamiləlik zamanı və doğuşdan sonra da içilə bilər. Ana südünün artmasına kömək edir.
4. Zəncəfil çayı
Zəncəfil çayı tez-tez yaşanan mədə bulanmasını azaldır. Mədədəki şişkinlikləri aradan qaldırır.
5. İtburnu çayı
Hamilə qadınlar güclü və müqavimətli olmalıdır. İtburnu çayı buna kömək edir.
6. Melisa çayı
Melisa çayının tərkibindəki elementlər sayəsində qəfildən dəyişən hormonal balans zamanı gərilən sinirlər sakitləşir. Melisa çayı sayəsində yuxuya çətin keçən hamilə qadınlar daha rahat yata bilərlər.
7. Acerola albalı çayı
Bu çay tərkibindəki C vitamini ilə immunitet sistemini gücləndirir. Acerola albalı çayı sayəsində viral xəstəliklərə tutulma riski azalır. Eyni zamanda uşaqlıq yolu əzələlərinin inkişafına, güclənməsinə və doğumun daha sadə şəkildə reallaşmasına kömək edir.
8. Lavanda yağı
Hamiləlik zamanı qasıq və digər bölgələrdə ağrılar olur. Suya az miqdarda lavanda yağı əlavə edib, təmiz bir dəsmalı bu qarışıqda isladaraq qasıq nahiyəsinə və digər ağrıyan yerlərə tətbiq etmək olar.
9. Xurma çayı
Hamiləlik dönəmində bəzi qadınlarda qansızlıq problemi olur. Xurma bu problemi həll edərək orqanizmin ehtiyac duyduğu folik turşunun bir hissəsini qarşılayır.
Hamiləlik zamanı bitki çayı içənlərə tövsiyyələr
Hamiləlik həssas dönəm olduğu üçün bu zaman qidalanmaya, məşqlərə, yuxu rejiminə, qulluq məhsullarına diqqət edilməlidir. Bitki çayını da həkim tövsiyəsinə uyğun olaraq içməlisiniz. Faydalı olan bitki çayından gündə 2 fincandan artıq içməmək lazımdır. Bitkiləri təzə-tər şəkildə almaq daha yaxşı olar. Paket halında satılan qarışıq bitki çayları zərərli də ola bilər.
Hamiləlik zamanı hansı bitki çayları içilməməlidir?
- Sinameki
- Reyhan
- Ekineziya
- Zəncəfil
- Kətan toxumu
- Ahududu və s.
Yuxarıdakı çaylar hamilə qadınlar tərəfindən tez-tez içildiyi təqdirdə qanaxma riski və digər təhlükələr yarana bilər.
[xeberdarliq]