Hamiləlik unutqanlığı

Hamiləlik dönəmində fizioloji və psixoloji dəyişikliklə yanaşı, hormonal dəyişiklik də qadınlara təsir göstərir. Araşdırmalar nəticəsində məlum olub ki, hamilə qadınların təxminən yarısında unutqanlıq problemi əmələ gəlir. Doğum qorxusu, doğuma hazırlıq, hormonal, fiziki və psixoloji dəyişikliklər hamiləlikdəki unutqanlığa ciddi təsir edir.

Qidalanmağınıza diqqət edin

Hamiləlikdə unutqanlıq

Nevroloq Sevda Sarıkaya hamiləlik dönəmində unutqanlığın qarşısını almaq üçün B12 vitamini qəbuluna və qidalanmaya diqqət edilməli olduğunu bildirib:

"Hamiləlik irəlilədikcə qidalanma formanız körpənin ehtiyaclarına görə dəyişir. Əgər unutqanlığınız get- gedə artırsa, qidalanma formanızda problem ola bilər. Çünki hamiləlikdə tətbiq edilən qidalanma forması sizin və körpənizin ortaq ehtiyaclarınıza görə müəyyənləşir. Bu cür durum zamanı qadın xəstəlikləri mütəxəssisi ilə görüşərək ehtiyac olarsa, nevroloqa müraciət edə bilərsiniz. B12 çatışmazlığı unutqanlığın əsas səbəblərindən biridir. Həmçinin folik turşu və dəmir əskikliyi də unutqanlığa səbəb ola bilər".

Unutqanlığı önləmək üçün nələr edilməlidir?

Hamiləlikdə unutqanlığın səbəbləri

- Təmiz hava almağa diqqət edin.

- Bol vitaminli qidalara üstünlük verin.

- Sakitliyinizi qorumağa çalışın.

- Gün ərzində yatmaq və dincəlmək üçün özünüzə vaxt ayırın.

- Hər zaman üstünüzdə gəzdirə biləcəyiniz bir qeyd dəftəri tutun və içinə qeydlərinizi yazın.

- Özünüzə bir hobbi tapın və mənfi düşüncələrdən uzaqlaşın. Kitab oxuyun.

- B12 tərkibli qidalara üstünlük verin.

Yazar: İlk yazar