Hamiləlikdə yaranan ayaq krampları necə aradan qaldırılır?

Hamiləlik bədəndə bir çox dəyişikliyin olduğu bir dönəmdir. Bu dəyişikliklər bəzi ağrılara və sancılara səbəb ola bilər. Bu məqaləmizdə hamiləlik dönəmində əmələ gələn ayaq krampları haqqında bəhs edəcəyik.

Kramp nədir?

Kramp nədir?

Kramp əzələlərin istəyimiz xaricində şiddətlə sancmasıdır. Bu sacmalar ağrı ilə müşahidə olunur. Kramplar əsasən bir neçə saniyə davam edir, bəzən isə müddəti 1-2 dəqiqəyə çatır.

Hamiləlikdə ayaq krampları

Hamiləlikdə ayaq krampları

Hamiləliyin ilk 3 ayında başlayan ayaq krampları 3-6 ay arasında azalıb yox ola bilər. Lakin hamiləliyin son 3 ayında yenidən təsirini göstərə bilir. Krampların səbəbini bilmək, meydana gəlməməsi üçün tədbir almaq vacibdir. Hamiləlik zamanı yaranan ayaq kramplarının mütləq bir səbəbi yoxdur. Bir neçə səbəbdən qaynaqlana bilər. Onlar aşağıdakılardır:

- Hərəkətsizlik
- Bədəndəki maqnezium və kalsium səviyyəsinin düşməsi
- Dölün böyüməsi ilə əlaqədar damarlara və sinirlərə düşən təzyiq
- Uzun müddət sabit və səhv mövqedə oturmaq

Hamiləlik dövründə krampların qarşısını necə almaq olar?

Gündə azı 2 litr su için. Orqanizmin susuz qalması krampların meydana gəlməsinin önəmli səbəblərindən biridir. Çünki əzələlərimizin təxminən 75 %-i sudan ibarətdir. Buna görə sağlam bir şəkildə rahatlanması üçün suya ehtiyacı var. Davamlı olaraq piyada gəzin. Hərəkətsiz qalmamaq sağlam bir hamiləliyin açarıdır.

Mütəxəssislərdən dəstək alaraq məşq proqramı yaradın. Gəzinti və məşq çox faydalıdır.

Rahat ayaqqabılara üstünlük verin. Topuqlu ayaqqabılardan uzaq durun. Topuqlu ayaqqabılar krampları artırır və təhlükəsizliyi təhdid altına salır.

Çəki artımınıza nəzarət edin. Yüksək artım müşahidə olunarsa, həkiminizlə danışın. Artıq çəki əzələlərinizə təsir edir və krampların yaranma ehtimalını artırır.

Kalsium və maqnezium baxımından zəngin qidalara üstünlük verin. Əzələlərin işləməsi üçün kalsium və maqnezium vacibdir.

Maqneziumla zəngin qidalar

Maqneziumla zəngin qidalar

Sinir sistemi və əzələlərin davamlı işləməsinə kömək edən maqnezium mineralları stessi azaldır, qan dövranı sisteminin sağlamlığına kömək edir, sümüklərin və dişlərin inkişafını sürətləndirir.

Hamiləlik dövründə krampları minimuma endirmək üçün maqnezium tərkibli qidalardan istifadə etmlisiniz. Tərkibində maqnezium mineralları olan qidaları təqdim edirik:

- Balqabaq tumu
- Küncüt
- İspanaq
- Skumbriya balığı
- Balıq

Kalsiumla zəngin qidalar

Kalsiumla zəngin qidalar

Orqanizmimizdə ən çox yer alan kalsium mineralı əzələ sistemini tənzimləyərək krampların qarşısını alır, sümük və dişlərin sağlamlığına, qanın laxtalanmasına, ferment və hormonların davamlı işləməsinə kömək edir. Hamilə qadınlar gündə 1000-2500 mg kalsium qəbul etməlidir.

Tərkibində çoxlu miqdarda kalsium olan qidalar aşağıdakılardır:

- Süd məhsulları
- Yumurta
- Somon balığı
- Xaşxaş toxumu
- Lobya
- Mərcimək
- İspanaq
- Əncir

Krampların qarşısını almaq

Krampların qarşısını almaq

Hər cür tədbir görülsə də, bəzən krampların əmələ gəlməsini önləmək olmur. Kramp baş qaldırdıqda aşağıdakı üsulları tətbiq edərək ağrıları yüngülləşdirə bilərsiniz.

- Kramp yaranan əzələni masaj edin. Əgər həmin əzələni tapmasanız, özünüzü çətinə salmayın. Başqa sağlamlıq problemləri ilə də üzləşə bilərsiniz.

- Ayağınıza soyuq kompres qoyun. Bu, ağrının azalmasına kömək edir. Bir bezin içinə buz kristalları yığıb ağrı olan hissəyə qoyun.

- Kramp olan yerə isti kompres qoyun. Kompresin istilik dərəcəsini düzgün müəyyən etmək gərəkdir. İsti kompres üçün isti su torbalarından və ya ütü ilə qızdırılmış dəsmaldan istifadə edə bilərsiniz.

Hamiləlik zamanı meydana gələn kramplar yuxu rejiminə təsir edir, gündəlik fəaliyyətə mənfi təsir göstərir və beləcə həyat keyfiyyətini azaldır. Hamiləlikdə ayaq karampları, onların yaranma səbəbləri, krampların qarşısını almağın yolları barəsində məlumat verdik. Bu məlumatları oxuyaraq baş verən hallar zamanı necə rəftar etməli olduğunuzu öyrənə bilərsiniz.

[xeberdarliq]

Yazar: İlk yazar