Hansı bürc sevgilisini necə qısqandırır?
Qısqandırmaq, əsrlərdir öz təsirini itirməyən, şirin və bir az da həyəcanlı bir oyundur. Bununla belə, hər cür şəraitdə işə yarayır. Bəs bürclər aləmində işlər necə gedir, kim qısqandırmaq üçün hansı yola əl atır?
Qoç bürcü sevgilisini necə qısqandırır?
Qoç qısqandırmaqda mahir ustadır. Lap durnanı gözündən vurur. Qısqandırmaq istəyərkən xəyanətə meylli olan insan təsiri bağışlayır. Dönməz yolda son çıxışı da qaçırır, strategiyası münasibətini alt-üst edir. Bunları qısqandırmaq üçün etdiyini desə də, hər şey gec olur.
Buğa bürcü sevgilisini necə qısqandırır?
Qısqandırmaq heç də buğanın tərzi deyil. Qısqanmaqdan nifrət edən, özünə inamından sonuna qədər istifadə edən buğa üşmək istəmədiyi quyuya kimisə çəkməz. Öz münasibətində əfvi olmayan duyğunu başqalarına yaşatmaz.
Əkizlər bürcü sevgilisini necə qısqandırır?
Əgər söhbət qısqandırmaqdan gedirsə, əkizlərin bu baxımdan tayı-bərabəri yoxdur. Sevgilisini qısqanclıqdan çartladır, qəzəbdən partladır. Əqli eşqbazlıqların baş qəhrəmanı olan əkizlər tərəddüd etmədən qısqandırmağı seçirlər.
Xərçəng bürcü sevgilisini necə qısqandırır?
Xərçəngin şəfqətinin tükənməz olduğunu zənn edən sevgilisi bir andaca peşmanlığa qərq ola bilər. Xərçəngin istədiyi də soyuq duş effekti, möhkəm bir fərqindəlik testidir! Başqalarının ayağının istiliyini, belinin rahatlığını, aclığını, toxluğunu düşünür, sevgilisini qısqandırır!
Şir bürcü sevgilisini necə qısqandırır
“Məni nə həkimlər, nə də mühəndislər istədi” deyib sevgilisinin biganəliyinə diqqət çəkər. Hərəmi ağzına qədər dolu olan şir pərəstişkarlarının alovlu baxışlarının müşayiəti altında “Özünü əvəzedilməzmi sandın?” mesajını verir, yorularsa, başqa biri ilə yoluna davam edir.
Qız bürcü sevgilisini necə qısqandırır?
Səkkiz ildə bir dəfə gördüyü dostunun saçının bir ton açıldığını anlasın, sənin özünü estetik əməliyyatla dəyişdirdiyini başa düşməsin. İndi gəl bundan qısqanma! Qızın damarına basdalama, sənin beş saat baxıb görmədiyini anındaca fərq edər, çaşıbb qalarsan.
Tərəzi bürcü sevgilisini necə qısqandırır?
Tərəzi nəzakət şoularıyla qısqandırır. Gözəlliyi zərifliyində olan tərəzi birdən-birə qaçan gözləri üzərinə toplayır, çox gec olmayıbsa geri qayıdır, gəmi çoxdan yola düşübsə yelkənini küləyə çevirir. Tərəzinin sevgilisi çox qısqandırılmağı gözləməməlidir. Məlum partnyoru olmadan yaşaya bilməyən tərəzi, onu qısqandırarkən transfer ola bilər.
Əqrəb bürcü sevgilisini necə qısqandırır?
Duyğusunun nizamı, qisasının sümüyü yoxdur, həddən ziyadə qısqandırar. Onun qısqandırmaq üsulu çox sərtdir. Hətta elə edər ki, sevgi hekayələri tragediyaya çevrilər. Kiçik oyunlarla təhrik edilməməsi, sevgisinin xırda tələlərlə ölçülməməsi tövsiyə olunur.
Oxatan bürcü sevgilisini necə qısqandırır?
Bol əyləncəli və qeyri-məhdud enerjisi olan oxatan səni görməməzlikdən gələr, başqa gülüşlərə qonaq olar. Onun komediyasında özünə yer tapmayar, qapının önündə qalarsan. Getdiyi yerin sevinci boldursa, istəsən də, qayıtmaz.
Oğlaq bürcü sevgilisini necə qısqandırır?
Çətin nail olduğu kariyera hədəflərini daim əlinin altında saxlayan oğlaq, bir addım qabaqlanarsa, ora çatması illərə başa gələr. Tez B planına keçər, işə can atar, qısqandırılmasına məhəl qoymaz, çaşıb qalarsan.
Dolça bürcü sevgilisini necə qısqandırır?
Çoxlu dostları olan, azadlıqsevər dolça məhdudiyyətləri sevmir. O, bütün vaxtını ən yaxşı dostları ilə keçirir, romantik şam yeməyini qəbul gününə çevirir. Ayaqüstü yaxalamağın, tək qalmağın arxasınca düşər. Dolçanın sənin üçün ayırdığı müstəsna məkana layiq deyilsənsə, izdihama qarışıb izini itirər.
Balıqlar bürcü sevgilisini necə qısqandırır?
Yuxularda qısqandırar. Nə olduğunu anlamağa çalışarkən balığın platonik sevgilər qalaktikasında özünüzə yer tapa bilməzsiniz. Olmayan kimsələrdən qısqanar, özünü lazımsız hiss edər, varlığından şübhələnərsən.