İsti hava qan təzyiqini artırır

Yaz aylarında hava istiliyinin artması nəticəsində bir çox sağlamlıq problemləri yaşana bilər. Mütəxəssislər günümüzün ən mühüm sağlamlıq problemlərindən biri olan və səssiz qatil olaraq xarakterizə edilən hipertoniyanın beyin qanaması, infarkt və böyrək kimi ciddi problemlərə səbəb olduğunu bildirirlər.

Hipertoniya xəstələrinin yay aylarında diqqət etməli olduqları vacib məqamlar mövcuddur. Günəş şüalarının yerdə ən çox yayıldığı vaxt saat 10:00-15:00 arasıdır. Tərləmə ilə bağlı olan maye itkisi təzyiqin aşağı düşməsinə səbəb ola bilər. Siqaretin orqanizmə ehtiyac duyduğu antioksidant maddələrin təsirini azaldaraq damarların elastikliyini pozduğunu vurğulanıb. Spirtli içki və siqaret qan təzyiqinin artmasına səbəb ola bilər.

“Həkimlərin müntəzəm müayinələrinə ehtiyac var”.

qan təzyiqi

Daxili xəstəliklər mütəxəssisi dr. Engin Sennaroğlu hipertoniya xəstələrinin bu dönəmdə sidikqovucu təsiri səbəbi ilə y və qəhvədən uzaq durmalarının, gündə 1-2 fincan çay və azı 8 stəkan su içmələrinin vacibliyini vurğulayıb. Mütəxəssis isti havalarda bədəndə meydana gələ biləcək maye itkisinin, təzyiqi tənzimləmək üçün istifadə edilən sidikqovucu dərmanların təsiriylə hipertansiyonlu xəstələrdə aşağı təzyiqə səbəb ola biləcəyini xatırladıb. Bunun nəticəsində bayılma və böyrək funksiyasının pozulması kimi problemlərin əmələ gələ biləcəyini qeyd edib.

İsti havalarda qan təzyiqi

Dr. Sennaroğlu, təzyiqi nəzarət altında olan və müntəzəm dərman qəbul edən xəstələrin soyuq su ilə duş ala biləcəklərini, lakin əks təqdirdə bunu tövsiyə etmədiklərini vurğulayıb. Yay aylarında buğda və yulaf çörəyi, meyvələr, yaşıl yarpaqlı tərəvəzlər kimi həzm olunması asan olan lifli və ətli qidaların istifadə edilməsinin lazım olduğunu dilə gətirib. O, fikrini belə yekunlaşdırıb: “Uzun sürən tətil səbəbindən həkim nəzarəti altında olmağınızda gecikmələr yarana bilər. Əgər sidikqovucular da daxil olmaqla birdən çox dərman istifadə edirsinizsə və ya qan təzyiqi ilə bağlı böyrək probleminiz varsa, hər ay mütləq həkiminizə müraciət edin”.

Yazar: İlk yazar