Koronavirus (coronavirus) nədir?

Korona virusu ilə bağlı son ölüm xəbərləri gəlməyə davam edir. Sars virusunun qohumu adlandırılan və ilk olaraq Çində ortaya çıxan virus dekabrdan bu yana yüzlərlə can alıb. Virusun quruluşunu tədqiq edən elm adamı Leo Poon, bu virusun bir heyvanda yarandığını və insanlara yayıldığını təxmin etdiyini söyləyib.


Bütün dünyada gündəm olan virus haqqında ən çox verilən sual onun necə virus olması və simptomlarının nə olması ilə əlaqədardır.

Koronavirus (coronavirus) nədir?

Virus haqqında danışan Leo.P bildirib ki, korona virusu haqqında bildiyimiz odur ki, pnevmaniyaya səbəb olur, daha sonra bir çox yeni virus kimi antibiotik müalicəsinə cavab vermir. Korona virusu (corona virusu) heyvanlar arasında geniş yayılmış böyük bir viruslar qrupudur.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzindən verilən məlumata görə, nadir hallarda alimlərin zoonotik adlandırdıqları hadisə baş verə bilər. Beləliklə, virus heyvanlardan insanlara ötürülə bilər.

Koronavirus

Bu günə qədər virus haqda bilinənlər: (yeniləndi 6 aprel 2020)

  • Çinin Wuhan bölgəsində ortaya çıxıb
  • Təsirlənən insan sayı 1 300 000-dan çoxdur
  • Virusdan 73000-dən çox insan dünyasını dəyişib.
  • Azərbaycanda 641 nəfər insan yoluxub, 7 nəfər isə əfsuslar olsun ki, həyatını itirib.
  • Dəqiq müalicəsi tapılmayıb, lakin yüngülləşdirici müalicələri var

Ümumdüya Səhiyyə Təşkilatı bu xəstələrin necə izləniləcəyi, xəstələrə necə davranılacağı və səyahət edəcəkləri ölkələrə necə hazırlıqlı gedə biləcəkləri haqqında məqalə hazırlayıb.

Koronavirus tutmuş insan

Simptomları ümumən soyuqdəyməyə bənzər şəkildə, xəfif yaxud orta dərəcədə xroniki yuxarı tənəffüs xəstəliyi olan insanları daha tez təsiri altına sala bilir. Koronavirusu simptomları arasında burun axması, öskürək, boğaz, baş ağrısı və bir neçə gün davam edən qızdırma var.

İmmunitet sistemi zəif olan yaşlılar və uşaqlarda virus, pnevmoniya və ya bronxit kimi daha ciddi tənəffüs xəstəliyinə çevrilmək şansına malikdir.

Ümumdünya Səhiyyə Təşkilatına görə Korona virusu tənəffüs problemlərinə səbəb olsa da, ishal, yorğunluq, nəfəs darlığı, tənəffüs çətinliyi və böyrək çatışmazlığına səbəb ola bilər. Xəstənin yaşından asılı olaraq, SARS ilə ölüm nisbəti 0-50% arasında dəyişir, yaşlılar ən həssas xəstələrdir.

Koronavirus hava limanı

Müalicəsi varmı?

Korona virusu üçün xüsusi bir müalicə yoxdur. Çox vaxt simptomlar öz-özünə yox olur.Həkim resepti ilə alınan ağrı kəsicilər və ya antipiretik dərmanlar simptomları rahatlaşdıra bilər. ABŞ rəsmi sağlamlıq mərkəzi CDC bildirib ki, isti duşun boğaz ağrısı və ya öskürək üçün yaxşı təsir edə bilər. .

Bol maye içmək, mümkün qədər dincəlmək və yatmaq.Əgər simptomlar standart bir soyuqdəymədən daha pis görünürsə, həkiminizlə məsləhətləşin.

Necə qorunmalı?

Bu virusdan qorunmaq üçün heç bir peyvənd yoxdur. Xəstələnən insanlardan uzaq durmaqla yoluxmanın qarşısını almaq olar. Göz, burun və ağzınıza toxunmaqdan çəkinin. Əllərinizi tez-tez sabunla ən azı 20 saniyə yuyun.Xəstə olsanız insan kütləsi çox olan yerlərə getməyib, yaxın təmasda qaçın. Öskürərkən və ya asqırarkən ağzınızı və burnunuzu örtün və toxunduğunuz əşyaları, səthləri dezinfeksiya edin.

Qeyd edək ki, Azərbaycan ərazisində bu virusa yoluxma halı qeydə alınmayıb. Lakin Çinə və virus təhlükəsi olan digər ölkələrə səyahət edən şəxslər maksimum səviyyədə ehtiyatlı olmalıdırlar.

Milli.Az

Koronavirus ilə əlaqəli digər yazılarımız:

Yazar: İlk yazar