Körpələr üçün topuq testi: Vacibdirmi?
Körpələrdən topuq testini necə götürmək olar? Körpələrdə alınan topuq qanı ilə hansı testlər aparılır? Körpələrdə daban qan testi haqqında bilinməsi lazım olanları mütəxəssislərdən öyrəndik. Topuq testi, daban testi, zəka testi ...
Körpə doğulduqdan sonra körpənin ayağının altından, daban hissəsindən alınan qana daban qanı deyilir. Bu test ictimaiyyət arasında; Zəka testi və topuq testi olaraq bilinir. Bu test yeni doğulmuşlara rutin olaraq edilməlidir, əslində...
Daban qan testləri üçün alınan qanın miqdarı azdır və qan götürmək asandır. Testlərin düzgün nəticəsi baxımından, qan nümunəsini filtr kağızı ilə köçürmək mümkündür ki, bu da əhəmiyyətli üstünlüklər verir. Qan nəticələrini təsdiqləmək üçün 2 -ci həftədə yenidən nəzarət qanı alınır və testlər yenidən aparılır. Əlavə olaraq, testlər ilk 24 saat ərzində alınan topuq qanından edildiyində, 1-2 həftə ərzində daban qanı yenidən alınmalıdır. Əslində çox şey olmalıdır, bu da onlardan biridir.
Nədir bu test? Bu test ilə uşaqda əsasən hipotiroidizm və fenilketonuriya yoxlanılır. Yoxlama üçün qan dabandan götürülür. Və doğulduğu ilk üç gün ərzində (uşaq daha çox protein qəbul edincə) edilməlidir. Maksimum 7 günü keçməməlidir. Əgər ilk 24 saat ərzində götürülməsi vacib olmuşsa, 1-2 həftə sonra təkrar yoxlanılır. Testin cavabı üç həftə ərzində məlum olur. Ya pozitiv ya neqativ. Pozitiv isə təkrar test edilir.
Fenilketonuriya anadangəlmə xəstəlikdir. O da bu test ilə aşkar edilir. Bu zaman fenilalanin hidroksilaza adlı ferment çatışmır. Qanda fenilalajin və onun metabolitleri artır. Onların artıq miqdarı beyinə toksiki təsir göstərir. Fenilketonuriya: fenilalanin hidroksilaza fermentinin anadangəlmə çatışmazlığı nəticəsində inkişaf edir. Körpə qidalanmağa başladıqdan sonra fenilalanin amin turşusu və onun metabolitləri (ara məhsullar) qanda yığılır, beyinə keçir, müəyyən ziyan vurur və zehni və nevroloji inkişafda gecikməyə səbəb olur. Bu ferment çatışmazlığına daban qanı da diaqnoz edilə bilər.
Hipotireoz da bu testlə aşkar edilir. Onun da erkən aşkar edilməsi vacibdir. Bu qalxanvari vəzin işinin zəifləməsinə, hormonlarının çatışmazlığı ilə bağlı xəstəlikdir. Bu xəstəliklər müalicəsiz qalarsa, ağıl geriliyi, boy qısalığı, katarakt kimi ciddi problemlərə gətirib çıxara bilər. Anadangəlmə hipotiroidizm: Tiroid bezinin kifayət qədər işləməməsi. Yenidoğulmuşlarda dərhal əmələ gəlmədiyi üçün dabandan alınan qanda tiroid bezi stimullaşdırıcı hormonu (Neonatal TSH) ölçməklə diaqnoz edilə bilər. Beləliklə, körpədə meydana gələ biləcək bəzi beyin zədələrinin qarşısı alınır.
Ölkəmizdə bu testi valideynlərin öz istəyi ilə icra edirlər. Ümumiyyətlə, çox şey valideynlərin istəyi ilə həll edilir:
- Keysəriyyə, yoxsa təbii doğuş olsun?
- Uşaq peyvənd olunsunmu?
- Filan analizi ya müayinəni edəkmi və s.
Məncə, uşaqların hər bir haqqı müdafiə edilməlidir. Sağlamlıq haqqı da onlardan biridir və seçimə buraxılmamalıdır.
Aytən İsmayılzadə - Həkim-pediatr