Nikotini bədəndən təmizləmək üçün 8 bitki mənşəli üsul

Siqaretin tərkibindəki nikotin illərdir siqaret çəkənlərin bədənindən çıxmaya bilər. Ancaq bəzi qidalar nikotini bədəninizdən çıxarır. Bu qidaların siyahısını hazırlamışıq. Onları sizə təqdim edirik.

Nikotini bədəndən çıxarmağın təbii yolları

Nikotin ən böyük asılılıqlardan biridir. Siqaret çəkənlər bilməlidirlər ki, çəkdiyiniz hər bir siqaretin nikotini bədəninizdə 3 gün qalır. Gündə 2-3 qutu siqaret çəkənlərin bədənində yığılan nikotinin miqdarını düşünün. Nikotin insan sağlamlığı üçün çox zərərlidir. Nikotin infarkt və iflicə səbəb olur. Qan damarlarını daraldır və infarkt riskini artırır.

1. Kivi

Kivi

Bol miqdarda vitamini olan çox faydalı bir meyvədir. Digər bir faydası nikotini bədəndən çıxartmasıdır. Siqaret çəkənlər kivi yeməklə az da olsa nikotindən xilas ola bilərlər.

2. Gicitkən

Gicitkən

Gicitkəndə dəmir və dezinfeksiyaedici xüsusiyyətə malik maddələr var. Başqa sözlə, bədəni dezinfeksiya etmək üçün olduqca vacib bitkidir. Həm də nikotini bədəndən çıxarır.

3. Kök suyu

Kök suyu

Nikotin dəriyə zərər verir. Buna görə kök yemək xeyirlidir. Kök suyu içərək, dərinizi yeniləyə və nikotini bədəninizdən çıxara bilərsiniz.

4. Zəncəfil

Zəncəfil

Hər hansı bir yeməyə zəncəfil əlavə etmək siqareti tərgitməyinizə və hətta nikotin kimi toksinləri xaric etməyə yardımçı olar.

5. Su

Su nikotin

Su orqanizmimiz üçün son dərəcə vacibdir. Nikotinin xaric olması üçün bədən susuz qalmamalıdır.

6. İspanaq

İspanaq

Çiy ispanaq yeyin. Çünki bişirdikdə tərkibindəki vitaminlər və folik turşusu ölür. Bunlar bədənin nikotini təmizləməsi üçün zəruri maddələrdir.

7. Brokoli

Brokoli qabda

Brokoli bədəndəki metalları və toksinləri xaric etməkdə çox təsirlidir. Xərçəngin qarşısının alınmasında çox vacibdir və hər şeydən əvvəl C və B5 vitaminlərinin ən yaxşı mənbəyindən biri olduğu üçün çox qiymətli bir qidadır.

8. Bibər

Bibər qırmızı

İspanaq kimi, bibər də çiy yeyilməlidir. Doğrayıb salatlara əlavə edin. Tütünün bütün mənfi təsirlərindən qurtulmaq üçün lazımi vitaminlərlə zəngindir.

[xeberdarliq]

Yazar: İlk yazar