Piyada gəzməyin faydaları
Piyada gəzməyin insan sağlamlığına bir çox faydası var. Bu fəaliyyət xüsusən yaşlanmanı gecikdirir. Son araşdırmalar göstərir ki, davamlı piyada gəzmək xəstəliklərə tutulmaq faizini azaldır.
Piyada gəzməyin hansı faydaları var?
Piyada gəzərək bir çox xroniki xəstəlikdən qorunmaq mümkündür. Hərəkətsiz həyatın səbəb olduğu diabet son illər xüsusən geniş yayılıb. Davamlı olaraq piyada gəzməklə insulin müqavimətini azaltmaq, diabetdən qorunmaq mümkündür. İdeal çəkiyə sahib olmaq və artıq çəkidən yaxa qurtarmaq üçün piyada gəzmək önəmlidir.
Piyada gəzmək dəriyə yaxşı təsir göstərir?
Yeriməyin faydalarından biri də dərini gənc saxlamasıdır. Yeriyərkən qan dövranı sürətlənir. Eyni zamanda qidalar dəri hüceyrələrinə daha tez paylanır. Piyada gəzmək stressi azaltdığı üçün dəriyə müsbət təsirlər verir. Hormonların davamlı çalışması dərini daha gümrah saxlayır. Piyada gəzmək həm fiziki, həm də ruhi baxımdan insana müsbət təsir edir.
Piyada gəzməyin çəki itirməyə təsiri
Artıq çəki bir çox xəstəliyə səbəb ola bilər. İdeal çəkidə olmaq istəyirsinizsə, gündə azı 30 dəqiqə piayada gəzməlisiniz. Yeriyərkən bədəndəki bütün əzələlər hərəkət edir.
Piyada gəzməyə nə vaxt başlanılmalıdır?
Çəki itimək üçün səhər gəzintisinə üstünlük verilməlidir. Təmiz havada gəzmək iştahı azaldır. Səhərlər piyada gəzmək imkanı olmayanlar bunu axşam edə bilərlər. Gəzintinin yeməkdən əvvəl edilməsi tövsiyə olunur. Arıqlamaq üçün edilən gəzintinin vaxtı 1 saat olmalıdır. Yeriyərkən dik durmaq, beli düz saxlamaq vacibdir. Yeriyərkən tez-tez su içmək də vacib amildir.
Piyada gəzməyin psixoloji təsiri
Açıq havada gəzmək beyni oksigenlə təmin edir. Bu isə zehnin daha canlı olmasına kömək edir. Duyğuların sakitləşməsi, insanın özü ilə baş-başa qalması üçün yerimək mühümdür. Gün ərzində yaranan stress, təzyiq gəzməklə aradan qaldırıla bilər. Piyada gəzərkən xoşbəktlik hormonu əmələ gəlir. Bu isə depressiyadan qurtulmaq istəyənlər üçün yaxşı bir imkandır.
Hamiləlik zamanı piyada gəzmək önəmlidir?
Hamiləlik dönəmində anaların sağlamlığı vacibdir. Bu təkcə qidalanma ilə əlaqələndirilmir. Hamiləlik zamanı piyada gəzmək həm ananın, həm də körpənin sağlamlığı baxımından olduqca vacibdir. Ananın yeriməsi körpənin inkişafına müsbət təsir edir. Araşırmalar göstərir ki, piyada gəzmək son dərəcə mühümdür. Bunu vərdiş halına gətirmək lazımdır.