Qadınlara sevgili olmaq təklifi necə edilməlidir?
Kişilərin əksəriyyəti bu təklifi etməyə çətinlik çəkir. Sevgili olmaq təklifi edərkən utanmaq və gərginləşmək lazım deyil. Nəticədə, bu sizin duyğularınızdır və onları qarşı tərəflə paylaşırsınız. Belə düşünsəniz özünüzü daha rahat hiss edərsiniz.
Sevgili olmaq təklifi etməyin mərhələləri
Əvvəlcə özünüzü ruhlandırın və rahatlayın. Edəcəyiniz təklifin normal bir şey olduğunu düşünün. Özünüzü motivasiya edin və qarşınızdakı şəxslə təsirli bir söhbət edin. Təbii olun, gözəl vaxt keçirməyə çalışın. Zarafatlarınızı sona saxlayın. Qadınlar söhbəti xoş, əyləncəli və lazım gəldikdə sirli olan kişiləri sevirlər.
Birbaşa olaraq sevgili olmaq təklifi etməzdən əvvəl dostluq qruplarına girərək elə mühit yarada bilərsiniz ki, diqqəti sizdə olsun. Dost olduğunuz qızla daha çox danışacaqsınız və bir-birinizi asanlıqlatanıyacaqsınız. Bu səbəbdən sevgili olmaq üçün zəmin hazırlanır.
Qadınlar iltifatları sevirlər. Yanınızdakı qadına iltifat edərək onun özünü daha yaxşı hiss etməsinə səbəb ola bilərsiniz. Unutmayın ki, hər bir qadın bəyənilməyi sevir, amma bu təriflər gözəl şəkildə olmalıdır. Onu hər hansı bir ictimai tədbirə dəvət edin və dəvət etməzdən əvvəl hara getmək istədiyinizə qərar verin. Nahara və ya dəniz kənarında sakit bir yerə dəvət edin. Gəlmək istəmirsə, bir az israrlı olabilərsiniz, sizi üzməyib gələcək.
Əvvəlcədən "bəli" və ya "yox" cavabına hazır olmalısınız. Bu, sizdə ciddi əhval dəyişikliyi yaratmamalıdır. “Hə” deyərsə, istəyinizə çatarsınız. Bu, bəyənildiyiniz anlamına gəlir. “Yox” desə, üzülməyin, qarşınıza sizi sevən biri çıxacaq. Səhvləriniz varsa, bu səhvlərdən nəticə çıxarmalı və növbəti dəfə eyni səhvləri etməməlisiniz.