Qaşınmanı aradan qaldırmağın yolları

Yay aylarında yüksək istilərdən dolayı tərləmə, allergik problemlər və həşərat sancmaları qaşınmaya səbəb ola bilər. Qaşınmadan qorunmaq üçün bir çox kimyəvi tərkibli məhsul var. Lakin bu məhsullar dəridə müxtəlif problemlər yarada bilər. Qaşınmanı təbii üsüllarla aradan qaldırmaq daha məqsədəuyğundur. Evdə qaşınmanı aradan qaldırmağa kömək edən maddələri təqdim edirik.

1. Soyuq su

Soyuq su

Soyuq su qaşınmaya qarşı təsirlidir. Su əvəzinə buz da istifadə etmək olar.

2. Soda

Soda

Bir xörək qaşığı sodaya bir neçə damcı su əlavə edib qarışdırın. Qarışığı qaşınan yerlərə çəkin. Qısa müddət sonra qaşınma azalacaq.

3. Limon

Limon sarı

Qaşınan yerlərə limon suyu sürtərək 10-15 dəqiqə gözləyin. Sonra silin.

4. Yulaf

Yulaf şəkli

Yulafın tərkibində olan antioksidantlar vasitəsilə qaşıntıya səbəb olan amillər aradan qaldırırılır. Yulafla suyu qarışdırın. Qarışığı qaşınan nahiyəyə sürtün. Sonra su ilə yuyun.

5. Mixək yağı

Mixək yağı

Mixək yağının tərkibindəki maddələr qaşınmanı aradan qaldırır. Qərənfil yağını qaşınan yerə sürtün, 10- 15 dəqiqə qaldıqdan sonra yuyun.

6. Aloe vera

Aloe vera

Bu bitki makteriyaları məhv edir. İçərisindəki vitamin və minerallar sayəsində dəridə yaranan hər növ problemi aradan qaldırır. Aloe vera yarpağını iki yerə bölun. Yarpaqdan çıxan mayeni qaşınan yerlərə sürtün.

Qaşınma niyə meydana gəlir?

Qaşınma niyə meydana gəlir?

Qaşınmanın səbəbini tapmaq mühüm amildir. Qaşınmanın müxtəlif səbəbləri ola bilər.

Dəri quruluğu

Dərinin təbii balansını qoruması üçün kifayət qədər nəmli olması vacibdir. Xüsusən qış aylarında qapalı yerlərdə çox qalmaq, hava az olan mühitdə olmaq dəridə nəmliyi azaldır. Belə olan halda dəridə qaşınma, qızarma əmələ gələ bilər.

Dəri xəstəlikləri

Dəri xəstəlikləri də qaşınmaya səbəb ola bilər. Xüsusən eqzema, suçiçeyi kimi dəri xəstəlikləri qaşınma yaradır.

Daxili xəstəliklər

Bəzi qaşınmalar daxili problemlərdən qaynaqlanır. Qaraciyər, böyrək xəstəlikləri dəridə qaşınmaya səbəb ola bilər. Bundan əlavə, xərçəng, tiroit bezi xəstəlikləri də qaşınma təsiri yaradır.

Sinir pozğunluqları

Multipi skeleroz, diabet və digər xəstəliklər qaşınmaya səbəb ola bilər.

[xeberdarliq]

Yazar: İlk yazar