Ramazanda susuzluğu azaldan qidalar
Yaz və yay ayları su ehtiyacımızın ən çox olduğu mövsümlərdir. Ramazanın bu vaxta təsadüf etməsi insanlarda susuzluğa necə dözmək, susamamaq üçün hansı qidalara üstünlük verməklə bağlı suallar yaradır. Susuzluğu azaldacaq bəzi qidaları təqdim edirik.
1. Xurma
Xurmanın tərkibində potasium, maqnezium və dəmir mövcuddur. Bədəndə şəkər nisbətini balanslaşdırmaq üçün xurma yeyilir. Ramazanda xurma həm iftarda, həm də imsakda yeyilə bilər.
2. Biyan şərbəti
Biyan şərbəti də Ramazanda susuzluğu azalda bilən məhsullardan biridir. Tərkibi: 10 qram biyan kökü, 2 litr su, çubuq darçın, mixək. Biyan kökü bir müddət suda saxlanılır və kökün rəngi suya hopur. Biyan şərbətinə əlavə qoxu və dad vermək üçün darçın və mixək istifadə olunur.
3. Pomidor
95 % su tərkibli pomidor susuzluğu aradan qaldıran qidalar arasındadır. Tərkibində çoxlu miqdarda maqnezium, potasium və kalsium vardır.
4. Yulaf əzməsi
Yulaf əzməsi tərkibindəki vitaminlər və təmiz yağlar səbəbiylə səhər yeməyində tövsiyə olunur. Ramazan ayında imsak zamanı da yulaf əzməsi yeyilə bilər. Yulaf əzməsini süd və ya kefirlə qarışdırıb yemək susuzluğu yatırır.
5. Qatıq
Evdə hazırlaya biləcəyiniz duzsuz qatıqdan imsakda bir kasa yeyəcəyiniz təqdirdə, gün ərzində susamayacaqsınız.
6. Yumurtanın ağı
Yumurta ağı tərkibindəki protein ilə məşhurdur. Yumurta ağının aclığı və susuzluğu yatırdığı isbat olunub. İmsakda bir yumurta ağı yeyə bilərsiniz.
7. Xiyar
Tərkibinin böyük əksəriyyəti sudan ibarət olan xiyar susuzluğu aradan qaldıran tərəvəzlərdəndir. İmsakda bir ədəd xiyar yemək gün ərzində susamamağa kömək edər.
8. Kahı
Kahı da xiyar kimi salatlarda geniş istifadə olunur. İmsakda bir kasa kahı yemək gün ərzində susuzluqla mübarizə aparmağa yardım edər.
9. Şaftalı
Şaftalının orqanizmin xəstəliklərə qarşı müqavimətini artırdığı sübut olunub. Bağırsaqları yumşaldır, həzmi asanlaşırır, dərini nəmləndirir. Susuzluğu və ağız qoxusunu aradan qaldırır.
10. Qara üzüm
Antioksidant xüsusiyyəti güclü olan qara üzüm də susuzluğu aparan qidalardan sayılır. Həm iftarda, həm də imsakda qara üzüm yeyə bilərsiniz.
11. Yemiş və qarpız
Qarpız və yemiş də susuzluğu aradan qaldırır. Tərkibindəki lifli vitaminlər və minerallar sayəsində Ramazanda susamaq ehtiyacını minimuma endirəcək.
12. Nar turşusu
Nar turşusu şəkər və təzyiq xəstəliklərinə qarşı istifadə olunur. Ramazan günlərində imsakda bir qaşıq nar turşusu yemək susuzluğa qarşı müqavimət yaradır.
13. Çörəkotu
Çörəkotu bir çox xəstəliyin müalicəsində istifadə olunduğu kimi, susuzluğu da aradan qaldırır. İmsakda bir qaşıq çörəkotu yemək susuzluğu aradan qaldırmağa yardım edir.
Ramazanda susuzluğu azaltmaq üçün nələr edilməlidir?
Ramazanda gün ərzində susamaq ən önəmli problemlərdən biridir. Bu problemi həll etmək üçün iftarda yeyilən yeməklər yüngül və sulu olmalıdır.
- Şorba ilə başlayaraq daha sonra toyuq, balıq və ya tərəvəz yemək olar. Duzlu yeməklərdən mümkün olduğu qədər uzaq olmaq lazımdır.
- İftarda və imsakda ədviyyatlı yeməklərə, sosuslara üstünlük verilməməlidir.
- Su ehtiyacını artıracaq qidalar əvəzinə daha çox lifli qidalar yeyilməlidir.
- İmsakda qızartma yeməklər yeyilməməlidir. Daha çox su içilməli, meyvə və tərəvəz yeyilməlidir.
Ramazanda susamamaq üçün imsakda nə edilməlidir?
İmsakda yeyilən və içilən qidalar elə seçilməlidir ki, gün ərzində susuzluq hissi güclənməsin. Oruc tutduqda gün ərzində susamamağınız üçün iftarda müəyyən fasilələrlə su içməlisiniz. İftarda içəcəyiniz bir stəkan su belə gün ərzində susamamağınızı təmin edəcək.
İmsakda hansı qidalardan uzaq durmaq lazımdır?
İmsakda yeyilən qidalar gün ərzində su ehtiyacını qarşılamalıdır. Buna görə imsakda yağlı və qızartma qidalardan uzaq durmaq, çay, qəhvə kimi içkilər içkilər içməmək lazımdır. Çay və qəhvə orqanizmin daha çox su ehtiyacı hiss etməsinə səbəb olur.