Sağlamlığa zərərli geyimlər
Bəzi geyimlər sağlamlığımıza zərər verə bilər. Ona görə də paltar seçərkən diqqətli olmalıyıq. Sağlamlığımız üçün zərərli paltarlar aşağıdakılardır.
1. Dar şalvar
Dar şalvarlar qadınların sağlamlığına mənfi təsir göstərir. Ayaqları möhkəm sararaq varikoz və selülit əmələ gəlməsinə səbəb olur.
2. Hündürdaban ayaqqabılar
Qadınlar hündürdaban ayaqqabıları çox sevirlər. Bununla belə, hündürdaban ayaqqabılar qadınların ayaq sağlamlığına böyük zərər vurur. Sümük çıxıntısına, deformasiyaya, topuq və dabanda ağrılara səbəb olur.
3. G-string
G-string alt paltarı modeli bəzi xəstəliklərə səbəb olur. Vaginal infeksiya, qıcıqlanma və hemoroid kimi xəstəliklər yarada bilər.
4. Sırğalar
Sırğalar təhlükəli aksesuardır. Xüsusilə böyük və ağır sırğalar taxılmamalıdır. Qulaqda yırtılmaya səbəb ola bilər. Həmçinin ekzema kimi dəri xəstəliklərinin riskini artırır.
5. Çiyin çantası
Yandan asılan tək çiyin dəstəyi ilə daşınan bu çanta modeli çiyin və bel ağrılarına səbəb olur. Buna görə də çiyin çantaları istifadə edilməməli və ya daim istiqaməti dəyişdirilərək daşınmalıdır..
6. Kəmər
Şalvar, ətək kimi paltarlara taxdığımız kəmərlər də sağlamlığımıza mənfi təsir edir.
7. Sintetik parçadan olan geyimlər
Sintetik parçadan hazırlanmış paltarlar geyilməməlidir. Bu məhsulların əvəzinə pambıq parçalara üstünlük verilməlidir.