Tualetə telefonla girənlərə diqqət! Babasil ola bilərsiz..

İngilis həkimlər ayaqyoluna telefonla girənlərə xəbərdarlıq edib.

Telefonlar ağıllılandıqca həyatımızın hər sahəsində telefonlar əlimizdən düşmür. Hətta tualetdə belə bir çox insan telefonlarından istifadə etmək ehtiyacı hiss edir. Mütəxəssislərin verdiyi açıqlamalara görə, tualetdə telefondan istifadə etməyin inanılmaz zərərləri var.

Tualetə telefonla girmək

Araşdırmalara görə, uzun müddət ayaqyolunda oturmaq babasil yarada bilər.

Məlumatda bildirirlir ki, telefonla ayaqyoluna girən zaman insan tualetdə normadan artıq vaxt keçirdiyinə görə müxtəlif xəstəliklər, o cümlədən hemoroid yarana bilər. Bu bağırsaqlarda şişliklərin yaranması ilə əlaqədardır.

Mütəxəssislər xəbərdarlıq edir ki, telefonla tualetə gedəndə böyük riskə getmiş olursunuz. Tualetdən 18 dəfə çox bakteriya olan telefonlar istifadəçilərin sağlamlığını riskə atacaq qədər təhlükəli görünür. Tualetə gedəndə onu əlinizdə saxlasanız, telefonlar bakteriya məkanına çevrilir. Universitet Doktoru Simon Park bildirib ki, cib telefonları ünsiyyət məqsədi daşımaqla yanaşı, həm də istifadəçilərinin şəxsi izlərini daşıyır. Yəni yemək və içkilər də telefonlara yoluxur.

Tualetdə telefonla oynamaq

Qeyd edək ki, İngiltərədə aparılan araşdırmalara görə insanların 57 faizi ayaqyoluna mobil telefonla girir.

Mikrobların ən çox yayıldığı yerlər olaraq bilinən tualetlər telefonunuza çox tez yapışacaq və çoxalaraq təhlükəyə çevriləcək. Belə çirkli yerlərə girəndə telefonunuzu çöldə qoymalısınız. Bildiyiniz kimi, xəstəliklərin və virusların yayılmasının ən asan yolu insandan insana keçir. Əgər şəxsi telefonunuzdan birdən çox şəxs istifadə edirsə, mikrobların çoxalması və bəzi xəstəliklərin sizə keçməsi ehtimalı yüksəkdir. Smartfonunuzun ekranını və arxa korpusunu təmizləmək üçün ekran təmizləyici spreylərdən istifadə etməlisiniz. Nəm salfetlərin telefonu zədələdiyini və cızıqlara səbəb olduğunu bilmək faydalıdır. Telefonunuz üçün belə xüsusi spreylər həmişə daha təhlükəsiz olacaq. Telefonunuzun dinamik hissəsindəki bakteriyalar qulağınızda hər hansı infeksiyaya səbəb ola bilər. Bu mikroblardan qorunmaq üçün qulaqcıq vasitəsilə telefon danışıqları etməyiniz tövsiyə olunur.

big.az

Yazar: İlk yazar