Unudulmayan sözlər
Dahi şəxsiyyətlərin ən unudulmaz, yaddaqalan sözlərini sizə təqdim edirik.
Elə yaşamalısan ki, öləndə tabut ustası belə sənə yas tutsun. - Mark Tven
Göz yaşlarının belə missiyası var: ardınca gələn təbəssüm üçün təmizlik edir. – Mövlana
Həqiqətin ilk məqamı torpağa çevriləcəyimizi bilməyimizdir. - Hacı Bektaşi VeIi
Anası tərəfindən döyüldükdə belə “ana” deyə ağlayan bir uşaqdır sevgi. - CemaI Süreyya
Torpaq bir gün yağışın qiymətini anlayacaq, lakin həmin gün yağış yağmayacaq. - N. Parra
Boş vaxt yoxdur, boşa xərclənən vaxt var. – Taqor
Edildiyini görmədən ölmək üçün arzuladığın şeyi sabaha saxla. – Pablo Pikasso
Narahat olmayın, itirdiyiniz hər şey başqa formada geri qayıdır. Hz. Mövlana
Yerə düşən yarpağa baxıb ibrət götür, o da bir vaxtlar torpağa yuxarıdan baxırdı.
Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahımdan, muradım şəmi yanmazmı? – Füzuli
Bildiyim bir şey varsa, o da heç nə bilmədiyimdir. - Sokrat
Görən gözə qaranlıq pərdə ola bilməz, görmək istəməyən qıza işıq nə etsin? - Hz. Əii
Gülə başqa bir şey desəydik, o yenə də gözəl qoxuyacaqdı. -V. Şekspir
İnsanların düzəltdiyi saxta pullar qədər pulların düzəltdiyi saxta insanlar var. - Sidney J. Harris
Sən cavabları əzbərləyirsən, amma həyat heç vaxt eyni sualı təkrarlamır. – Oşo
Sən yanmasan, mən yanmasam, biz yanmasaq, necə çıxar qaranlıqlar aydınlığa? - Nazim Hikmət
Hər kəs insanlığı dəyişdirməyi düşünür, amma heç kim özündən başlamağı düşünmür. – Lev Tolstoy
Nəhənglər kimi əsərlər hazırlamaq üçün qarışqalar kimi işləmək lazımdır. - Necip FazıI Kısakürek
Nə qədər çox insan mənimlə razılaşsa, bir o qədər səhv etdiyimi düşünürəm. Oskar Uayld
Cahilliklə dahiliyin arasındakı əsl fərqin nə olduğunu bilirsinizmi? Dahiliyin həddi var, cəhalətin isə həddi yoxdur. – Vhupi Qoldberq
Həyatımda əldə etdiyim ən böyük bilik budur: özü özünə kömək etməyi bilməyənə heç kim kömək edə bilməz. – Pestalozzi
İnsanın ağıllı olması haqqında heç nə demirik. Yetər ki, ağlını başqalarına qəbul etdirməyə çalışmasın. - Platon
Əslində insanlar səni məyus etmirlər. Sadəcə sən yanlış insanlar haqqında xəyallar qurursan. - Montaigne
Sevmək; gözəl insanda sevgi axtarmaq deyil. O insanda, bilmədiyin bir zamanın gözlənilməz anında "özünü tapmaq"dır. – F. Dostoyevski
İnsanlar çox dəyişib; diqqət etmək gərəkdir. Biriilə əl sıxışdıqdan sonra barmaqlarının beşinin də yerində olub-olmadığını yoxlamağa məcbursunuz. – Lev ToIstoy