Unutqansız? Heçnə yadınızda qalmır? Yaddaşınızı gücləndirən qidalar haqqında öyrənin

Unutqanlıq, yaddaşsızlıq, diqqətdə azalma, konsentrasiya problemləri çox insanın şikayət etdiyi problemlərdir. Bu problemlərin səbəbi əsasən iki cürdür. Bunlardan birincisi orqanik mənşəli xəstəliklərin nəticəsində yaranan, ikincisi isə psixiatrik/psixolojik səbəblər nəticəsində yaranan səbəblər. Bəzi qidalar sürətli düşünməyə, duyğu üzvlərimizin yaxşı vəziyyətdə olmasına, diqqətsizlik probleminin həllinə və xatırlama qabiliyyətinin artmasına kömək edir. Xüsusi ilə meyvə-tərəvəzlərdə orqanizmə təsirli olan vitamin və minerallar var.

Məlumata görə 50 yaşını keçən bəzi insanlarda unutqanlıq problemi görülür. Yaddaşı və zəkanı gücləndirmək üçün faydalı hesab olunan B, E C vitaminlərindən istifadə etmək olar. B vitamini əksik olduqda yaddaş performansı o qədər yüksək olmur.

Yaddaşınızı gücləndirən qidalar haqqında öyrənin

Quru paxlalılar, qatıq, süd, pendir, toyuq yumurtası, yerfıstığı, banan, alma kimi tərkibində B vitamini olan meyvə və tərəvəzlər yaddaşı yaxşı formada saxlamağa kömək edir.

Onuda qeyd etmək lazımdır ki, qüvvətli zülal qaynaqlarından biri yumurtadır. Bu qida növü də böyümə və inkişafa təsirlidir. Bir sıra mütəxəssislər, irəli yaşlarda xroniki xəstəliyi olmayanların belə yumurta yeməsini təklif edir. Çünki yumurta yaddaşın güclənməsinə yaxşı təsir göstərir.

Yaddaşı gücləndirən qidalardan biri alma qabığıdır. Alma qabığının içində olan antioksidantlar hafizə və yaddaş itkinlərinə qarşı qoruyucudur.Gün ərzində bir ədəd alma yemək ümumi sağlamlıq üçün də faydalıdır.

Unutqansız

Diqqət problemi olanlar isə istəyə uyğun qoz, fındıq və digər çərəzlərdən faydalana bilər. Omega-3 baxımından zəngin olan qoz, fındıq, fıstıq kimi qidalar qavrama problemi olanlara təsirlidir.

Unutqansız? Heçnə yadınızda qalmır? Yaddaşınızı gücləndirən qidalar haqqında öyrənin

Kök isə beyinin maddələr mübadiləsini canlandıraraq, xatırlama qabiliyyətini artırır. Həmçinin tərkibində beyinin maddələr mübadiləsini canlandıran fermentlər var. Zəncəfil, avokado bəzi ədviyyatlar da yaddaşı gücləndirməyə təsirlidir.

atv.az

Yazar: İlk yazar