Üz tərləməsi necə müalicə olunur?
Tərləmə bədən istiliyinə nəzarət etməyə kömək edən fizioloji bir funksiyadır. İstilik, həyəcan, stress kimi faktorlardan dolayı hər kəs gün ərzində tərləyir. Ancaq heç bir səbəb olmadan həddindən artıq tərləmə adətən hormonal pozğunluqlardan qaynaqlanan bir haldır.
Bədənin bir çox yerində olduğu kimi, üz və baş dərisində də çoxlu tər vəziləri var. Tərləməyə meylli insanların şikayət etdiyi problemlərdən biri də üz tərləməsidir. Üz tərləməsi necə müalicə olunur? Bu barədə məlumatları təqdim edirik. Bədəndəki tər vəzilərinin miqdarı qadınlarda daha çox olsa da, kişilər daha çox tərləyirlər. Tərləmə təkcə əllərdə və ayaqlarda deyil, üzdə də meydana gələ bilər. Həyəcan, qorxu və ya stress zamanı tərləmə artır. Bunların heç biri olmadıqda həddindən artıq tərləmə tibbi olaraq hiperhidroz kimi tanınan bir problemin varlığına işarə edir. Əgər üzünüzün tez-tez tərləməsindən şikayət edirsinizsə, həkimə müraciət etməlisiniz.
Üz tərləməsi nədir?
Üz tərləməsi bəzilərimiz üçün zaman-zaman meydana gələn, bəzilərimizdə isə daimi xarakter daşıyan bir durumdur. Adətən alında və tüklü bölgədə meydana gələn üz tərləməsi bəzən üz qızarmasına da səbəb olur.
Üz tərləməsi necə müalicə olunur?
Aşırı tərləmənin hər hansı xəstəliyin əlaməti olub-olmadığını öyrənmək üçün həkimə müraciət etmək lazımdır. Tərləmə sağlamlıq problemi və ya dhər hansı dərman səbəbiylə yaranırsa, buna uyğun müalicə aparılır. Tərləmə o qədər də güclü deyilsə, müntəzəm olaraq krem, losyon, sabun kimi məhsulların tətbiqi ilə problemi minimuma endirmək olar. Belə məhsulların tərkibində olan alüminium xlorid tər vəzilərinin kanallarını sıxır və tərin bədəndən xaric olmasının qarşısını alır. Tərləmə güclü olduqda və ya bu müalicələr qeyri-kafi təsir göstərdikdə, dərman müalicəsi, botoks müalicəsi və ya cərrahi müdaxilələrlə üz tərləmə problemi aradan qaldırılır.