Yeməkdən sonra yaranan həzmsizliyə qarşı nə etmək lazımdır?
Tibbi dildə dispepsiya adlanan yeməkdən sonrakı həzmsizlik bir çox insanın yaşadığı problemlərdən biridir. Həzmsizlik bəzi hallarda dözülməz ağrı və narahatlığa səbəb olur. Bəs həzmsizlik tam olaraq nə deməkdir? Problemin həlli yolları hansılardır?
Həzmsizlik nədir?
Tibbi ədəbiyyatlarda dispepsiya kimi tanınan həzm pozğunluğu əsasən yeməkdən sonra meydana gəlir. Bəzi hallarda infeksiyalar və ya istifadə edilən bəzi dərmanlar nəticəsində qarının yuxarı hissəsində ağrı və şişkinlik yaranır. Həzmsizlik problemi olan xəstələr adətən narahatlıq, qusma, köp, ürəkbulanma və kramp kimi simptomlarla qarşılaşırlar.
Bəzi xəstələrdə qarın nahiyəsində baş qaldıran ağrı sinə nahiyəsinə yayıla bilər. Bu cür keçici ağrılar kolik ağrılar adlanır. Yeyib-içdikdən sonra ortaya çıxan bu əlamətlər nəticəsində adam az miqdarda yemək yemiş olsa belə, özünü çox yeyibmiş kimi hiss edir. Həzmsizlik ayrıca bir xəstəlik deyil, müxtəlif səbəblərdən meydana gələn mədə və bağırsaq pozğunluqları ilə əlaqədar bir qrup əlamətə verilən ümumi addır.
Həzmsizliyin əlamətləri hansılardır?
Həzmsizlik bir xəstəlik deyil, simptomlar qrupudur. İnsanlar hiss etdikləri bu simptomların həzmsizlik əlaməti olduğunu asanlıqla ayırd edə bilirlər. Həzmsizliyin ən çox rast gəlinən simptomları bunlardır:
Mədə ağrısı,
Abdominal kramplar,
Aşırı toxluq hissi,
Yuxarı abdominal bölgədə şişkinlik,
Erkən doyma,
Ağızdan qaz çıxarma,
Mədə yanması,
Həzmsizlik necə müalicə edilməlidir?
Həzmsizliyə ən çox nəyin xeyir etdiyi, dispeptik şikayətlərin necə aradan qaldırıldığı ən çox verilən suallar arasındadır. Həzmsizliyin müalicəsi üçün lazım olan ən vacib amil qidalanma formasının planlı şəkildə edilməsidir. Həzmsizlik problemi ilə mübarizə aparan insan az və ya tez-tez yemək yeməyi vərdiş halına gətirməlidir. Qidanı daha çox çeynəmək lazımdır. Həzmsizlik üçün yaxşı olan şərtləri aşağıdakı kimi ümumiləşdirmək olar:
Davamlı və sağlam qidalanma
Meyvə, tərəvəz və lifli qidalara üstünlük vermək
Qidanı düzgün çeynəmək
Piyada gəzmək
Siqaret və spirtli içki istifadə etməmək
Çay və qəhvə istifadəsini məhdudlaşdırmaq
Çox dar geyimlər geyinməmək
Düzgün qidalanma və idmana baxmayaraq, şikayətlər davam edərsə, qastroenteroloqa müraciət etmək lazımdır.
[xeberdarliq]