Yuxuda ana görmək

Yuxuda ana görmək adətən hərarət, şəfqət, mərhəmət, xeyirxahlıq və təhlükəsizlik kimi mövzularda dəyərləndirilir. Əksər təfsirçilər yuxuda ana görməyi müsbət əlamət hesab edirlər. Analar yaxşılığın və hərarətin nümayəndələridir. Bu prizmadan baxıldıqda bəzi təfsirçilər belə hisslərin insanın həyatında əskik olduğuna diqqət çəkirlər.

Yuxuda ana görmək bu təfsirçilər tərəfindən daxili aləmin ifadəsi kimi qəbul edilir. Yəni yuxusunda ana görən insanın əslində tənha olduğunu, diqqət və sevgiyə ehtiyac duyduğunu bildirirlər. Bəzi təfsirçilər isə yuxuda ana görməyi maddi qazancla əlaqələndirirlər. Onların fikrincə, yuxusunda ana görən insan həyatında mühüm olan bir şəxsin rəhbərliyi altında bir işə girişərək böyük qazanc əldə edə bilər. Yəni burada ana fiquru əsl ana fiquru ilə deyil, güclü, qətiyyətli və mərhəmətli lider lider xarakteri ilə eyniləşdirilir.

Yuxuda ana ilə dalaşmaq

Yuxuda ana ilə dalaşmaq

İnsanın stresli bir həyat sürdüyünə işarədir. Anamızla bağlı pis yuxular görmək, yaxınlarımızla bağlı bəzi mənfi hadisələr yaşayacağımıza da işarə edə bilər. Bundan əlavə, ana bəzi hallarda avtoritet kimi görünür. Bu hallarda insanın iş həyatında bəzi problemlərinin olacağı anlamına gəlir. Yuxuda ana ilə dalaşmaq insanın həyatındakı ziddiyyətlərin, münaqişələrin əlamətidir. İnsanın daxili aləmində bəzi qarışıq hallar yarana bilər.

Yuxuda ana və ata görmək

Ailənin, ev mühitinin, təhlükəsizliyin və rahatlığın xəbərçisidir. Yuxu sahibinin ailəsi ilə birlikdə olduğu vaxtların həsrətində olduğunun göstəricisidir. Ancaq keçmişdə valideynləri ilə pis xatirələri olan insanların bu yuxusunun yozumu fərqlidir. Yuxuda ata və ana görmək insanın özünü güvənli hiss etdiyindən xəbər verir. Ana və ata fiqurunun bir yerdə olması, insanın münasibətlərində də güvəndə olacağı mənasını verir.

Yuxuda ana və atanın öldüyünü görmək

Yuxuda ana və atanın öldüyünü görmək

Adətən insanın yaşadığı itki, kədər və tənhalıq hissi ilə əlaqələndirilir. Yuxu sahibinin tək qalmaq, köməksiz olmaq qorxularına işarədir. Xüsusilə yeni bir işə başlayarkən keçirdiyi tənhalıq hissi bu yuxuda görünə bilər. Yuxuda ana və atanın öldüyünü görmək yuxu sahibinin həyatında bir dəyişiklik olacağına dəlalət edir. Bu dəyişiklik insanın mühüm dönüş nöqtəsinə çatdığını göstərir.

Yuxuda ana olmaq

Şəfqət, sevgi və fədakarlıq hisslərinin yüksək dərəcədə yaşandığından xəbər verir. Yuxu sahibinin son günlərdə digər insanlara qarşı məsuliyyət hiss etdiyi anlamına gəlir. Yuxuda ana olmaq insanın bəzən götürdüyü məsuliyyətin altında əzildiyi, bəzən isə bundan həzz aldığı kimi təfsir olunur.

Yazar: İlk yazar