Yuxuda banan görmək nə anlama gəlir?
Yuxuda banan görmək dəyərli mülkə sahib olmağa və ya planlaşdırılan işləri təxirə salmağa işarədir. İbadətə yönəlməyə və haramdan uzaq olmağa dəlalət edir. Yuxu sahibinin ətrafında həmişə güvəndiyi insanların olacağı kimi yozulur.
Yuxuda banan ağacı görmək
Həyatı boyu maddi problem yaşamayacaq insanlarla əlaqələndirilir. Yuxu sahibinin evlənməyə qərar verdiyi adamın doğru şəxs olmadığı mənasını verir. Bu yuxu yozucular bərəkətli və müsbət bir yuxu kimi dəyərləndirilir.
Yuxuda banan qabığı görmək
Yuxu sahibinin çox diqqət etməli olduğunu, ətrafında pis insanlar ola biləcəyini göstərir. O, bir günah işlədəcək. Buna görə məyus olacaq. Yuxu sahibi ehtiyacı olan insanlara kömək etməlidir.
Yuxuda yaşıl banan görmək
Yuxu sahibinin bəxtinin açılacağına, mal-mülk sahibi olacağına, yardımsevər şəxsiyyəti sayəsindəçoxlarını sevindirəcəyinə işarədir. Yuxuda yaşıl banan görmək insanın pis vərdişlərini atıb ibadətə üz tutacağından xəbər verir.
Yuxuda banan yediyini görmək
Yuxu sahibinin işlərinin yaxşılaşacağına, xoşbəxt və hüzurlu bir həyat yaşayacağına dəlalət edir. Bundan əlavə, yuxu görən adamın maddi problemi varsa, həllini tapacaq. Yuxuda banan yemək yuxu sahibinin böyük nailiyyətlər əldə edəcəyini ifadə edir.
Yuxuda banan soymaq
Yuxu sahibinin pis vərdişlərini bir kənara qoyub sağlam həyat sürəcəyindən, uzun müddətdən sonra özünü yenidən rahat hiss edəcəyindən xəbər verir. Yuxuda banan soymaq həm də mal itkisi kimi yozulur.
Yuxuda banan almaq
İnsanın mənəviyyatının zəif olduğu, lakin zamanla bu vəziyyətin dəyişəcəyi anlamına gəlir. Yuxuda banan almaq yuxu sahibinin haqq yoluna girəcəyinə və gözəl günlər görəcəyinə işarədir.
Yuxuda çürük banan görmək
Yuxu sahibinin mərhəmətli bir ömür yoldaşı olduğu, vəzifədə yüksələcəyi, rahatlıq tapacağı mənasını verir. Yuxuda çürük banan görmək insanın Allah yolunda irəliləyəcəyinə dəlalət edir.
Yuxuda banan yığmaq
Yuxu sahibinin vədinə əməl edəcəyi, imkanlı bir qohumunun olduğu və xəyal etdiyi maddi gəliri qazanacağı kimi təfsir olunur.