Yuxuda görücü gəlməsi nə anlama gəlir?
Yuxuda görücü gəlməsi yaxşı əlamətdir. Yeniliklərə və dəyişikliklərə işarədir. Yuxu sahibinin monotonluqdan xilas olub sevinc və həyəcan yaşayacağını bildirir.
Yuxuda subay qıza görücü gəlməsi bəxtin açılacağından xəbər verir.
Yuxuda görücü gələcəyini öyrənmək
Gözlənilməz bir anda yaxşı bir hadisənin baş verəcəyinə dəlalət edir. Yuxuda görücü gələcəyini öyrənmək yuxu sahibinin xəyallarını reallaşdıracağı kimi yozulur.
Yuxuda tanış birinin görücü kimi gəlməsi
Yaxşı əlamətdir. Yuxuda tanış birinin görücü kimi gəlməsi yuxu sahibinin evlənmək istədiyindən xəbər verir. Yuxu sahibi məhz görücü qismində gələn şəxslə evlənmək istəyir.
Bəzi yozucuların fikrincə, bu yuxu insanın qarşısına çıxacaq maddi imkanları ehtiva edir. O, yaxşı qazanc əldə edəcək, karyera pilləkənində sürətlə yüksələcək və ailəsi ilə əlaqələrini güclənəcək.
Yuxuda evli birinə görücü gəlməsi
Yuxu sahibinin həyat yoldaşı və ya sevgilisi ilə pozulmuş münasibətlərinin düzələcəyinə işarədir. Yuxuda evli birinə görücü gəlməsi yuxu sahibinin yaxınları ilə münasibətinin əvvəlkindən daha güclü olacağı anlamına gəlir.
Yuxuda qızına görücü gəlməsi
Yaxşı yuxu hesab olunur. Qızı olanlar üçün həqiqətən də görücü gəlməsi deməkdir. Qızı olmayanlar üçünsə şad xəbər almağı ifadə edir.
Yuxuda evə görücü gəlməsi
Bərəkət və qismət deməkdir. Gözəl hadisələrin yaşanacağından xəbər verir.