Yuxuda palma ağacı görmək nə deməkdir?

Yuxuda isti ölkələrdə bitən və iki yüzdən çox növü olan palma ağacı görmək yaxın gələcəkdə isti bir bölgəyə səyahət edəcəyinizə işarədir. Bu şəkildə həyatınızı qaydasına salacaqsınız. Bəzən eşq həyatınızdada xoşbəxt günlər yaşayacağınız anlamına gəlir. Yuxuda palma ağacları görmək bir Yaxın Şərq ölkəsinə səfər etmək mənasını verir.

Bəzən hündür və böyük palma ağacı görmək keçmiş arzuların gerçəkləşəcəyindən xəbər verir. Palma yarpağı görmək güclü və emosional sevgi münasibətinin əlamətidir.

Yuxuda palma ağacı

Yuxuda palma ağacı əkmək əvvəlki səyahətlərinizin təəssüratlarını hələ də içinizdə saxladığınıza və o günlərin həyəcanını yenidən yaşamaq istədiyinizə dəlalət edir. Bağçasında palma əkdiyini görmək ev və ya maşın almaq kimi yozulur.

Yuxuda palma yarpağı görmək havası və iqlimi çox gözəl olan bir yerə tətilə getməkdən xəbər verir. Evlərin salonlarını bəzəyən palma fidanını görmək yuxu sahibinin çox faydalı bir dəniz səfərinə çıxacağına işarədir. Yuxuda palma ağacına dırmaşmaq nüfuz qazanmaq əlamətidir.

Yuxuda palma görmək

Yuxuda palma ağacını kəsmək gördüyünüz işin yarımçıq qalacağından xəbər verir. Palma ağacını və ya yarpağı kəsmək, qırmaq, kökündən çıxarmaq bir bəla ilə qarşılaşmağı ifadə edir. Budaqları qırılmış palma ağacı bədbəxtlik və uğursuzluq əlamətidir.

Yazar: İlk yazar