Yuxuda sevgilidən ayrılmağın yuxuyozması
Yuxuda sevgilidən ayrılmaq yaşanılan pis hadisələrin xəbərçisidir. Yuxu sahibinin kədərlənəcəyini, ağlayacağını, ürəyini ağrıdan olayların yaşanacağını göstərir. O, ağır günlər keçirəcək, mənəvi iztirab çəkəcək, uğursuzluq yaşayacaq.
Yuxuda sevgilinizdən ayrılmağın müxtəlif mənaları var. İnsanlar üçün kədərli bir hadisə olan sevgilidən ayrılıq, yuxuda insanlar üçün yaxşı olmayacaq vəziyyətlərə işarə edir. Yuxuda sevgilisindən ayrıldığını görən insanların mənfilik, bədbəxtlik və sıxıntılı dövrlərə girəcəyi bildirilir. .
Yuxuda sevgilidən ayrıldığını görmək
Yuxu sahibinin bədbəxt olacağına, ağır günlər keçirəcəyinə işarədir. Bu ağır günlər ona çox mənfi təsir edəcək, uzun müddət təsirindən çıxa bilməyəcək.
Yuxuda sevgilidən ayrılmaq və ağlamaq
Yuxu sahibinin ayrıldığı insanla yenidən birlikdə olacağına dəlalət edir. Gözəl, hüzurlu günlərdən xəbər verir.
Yuxuda həyat yoldaşından boşanmaq
Yuxu sahibi real həyatda evlidirsə, ailədəki hüzurun pozulacağı, mübahisələrin yaranacağı, pis günlər yaşanılacağı kimi təfsir olunur. Yuxu sahibi evli deyilsə, onun ruhi vəziyyətinin və hisslərinin dəyişəcəyini göstərir.
Yuxuda sevgili ilə mübahisə etmək
Yuxu sahibinin sevdiyi insandan ayrılacağına və acı çəkəcəyinə işarədir.
Yuxuda sevgili ilə dalaşmaq
Bu yuxu tərsinə yozulur. Aradakı bağın güclənəcəyi, sevginin daha da böyüyəcəyi anlamına gəlir. Yuxuda sevgilinizdən ayrıldığınızı görmək uğursuz bir vəziyyətə yozulsa da, bu yuxuda dalaşaraq ayrılığını görmək yuxu görənin həyatında bəzi mühüm dəyişikliklər yaşayacağına yozulur.
Yuxuda sevgili tərəfindən aldadılmaq
Real həyatda sevgili ilə dalaşacağını və hətta ayrılacağını göstərir.
Yuxuda köhnə sevgili ilə barışmaq
Yuxu sahibinin heç vaxt etməyəcəyini dediyi bir şeyi edəcəyindən xəbər verir. Digər yozuma görə isə yuxu sahibinin əhval dəyişikliyini ifadə edir.