Zeytun yağının faydaları
Alimlər zeytun yağı ilə bağlı yeni araşdırma aparıblar. Zeytun yağının faydaları haqqında məqalə hazırlamışıq.
Sağlamlıq baxımından çox zəngin bir yemək olan zeytun yağının insan sağlamlığı üçün bir çox faydası var. Həzm sistemini qoruyan və ürək sağlamlığını artıran zeytun yağının saç, dəri və mədə üçün də faydaları var. Zeytun yağı Aralıq dənizi Bölgəsində yetişdirilən bir ağac məhsulu olan zeytun ağacının meyvəsindən əldə edilir. Yemək, dərman məqsədləri, kosmetika, işıqlandırma lampaları və yanacaq üçün istifadə edilə bilər. Zeytun yağının faydaları nələrdir? İstəyirsinizsə, məzmunumuzdan ətraflı məlumat əldə edə bilərsiniz.
ABŞ-dan olan alimlər bu məhsulun insan orqanizminə təsirini öyrənərək belə qənaətə gəliblər ki, beyini həm Alzheimer xəstəliyinin (yaddaş və intellektual qabiliyyətlərin pozulması), həm də demensiyanın (ağılın zəifləməsi) inkişafından qorumaq üçün zeytun yağı qəbul etmək lazımdır.
Tədqiqatçılar bildiriblər ki, zeytun yağından hər gün bir az istifadə etməklə Alzheimer xəstəliyindən və demensiyadan qorunmaq olar.
Məlum oldu ki, soyuq sıxma yolu ilə (təmizlənməmiş) istehsal olunan zeytun yağını az miqdarda yeməyə əlavə etmək kifayətdir ki, onda olan antioksidantlar və başqa faydalı maddələr, beyinin sağlamlığına müsbət təsir etsin.
Metabolizmanı artırır; Zeytun yağı uşaqlarda beyin inkişafını, sümük quruluşunu və maddələr mübadiləsini sürətləndirir. Yaşlı insanlar üçün çox faydalı olan E vitamini mənbəyidir.
Çəki azaltmaq üçün faydalıdır; Mütəxəssislər zeytun yağının tərkibində olan çoxlu doymamış yağları sayəsində çəki qazanmağın çətin olduğunu bildirmişlər. Zeytun yağı üzərində edilən araşdırmalar, kilo vermək üçün istifadə edildikdə müsbət nəticələr verdiyini göstərmişdir.
Həzm sisteminə faydalıdır; Zeytun yağının həzm sistemini dəstəklədiyi bilinir. Bağırsaq hərəkətini yaxşılaşdırmaq və həzm sistemini təmizləmək üçün dərman yağı olaraq istifadə olunur.
Dəri Sağlamlığını Qoruyur; Zeytun yağı yüksək miqdarda E vitamini ehtiva edir və bu vitamin dərini küləkdən, günəş şüalarından və s. xarici amillərdən qoruyur. Bundan əlavə, zeytun yağı son dərəcə yaxşı nəmləndirici xüsusiyyətə malikdir. E vitamini tərkibi ilə dərini sızanaq, iltihab və dəri xərçəngindən qoruyur. Dabanlarda yarıqların müalicəsində istifadə edilə bilər.
Yaşlanmanı gecikdirir; Antioksidanlarla zəngin olan zeytun yağı insan orqanizminin təbii yaşlanma prosesini ləngidir. Təbii bitki müalicəsində və kosmetik məhsullarda istifadə olunan bu yağ dəriyə təbii parlaq bir görünüş verir.
Ürək Sağlamlığında təsirli; Təbii zeytun yağının tərkibində yüzdə 70 tək doymamış yağ turşuları var. Nəticədə qanda xolesterol yığılmasını və ürək problemlərini azaldır.
e-tibb.az