Azərbaycanda 1 nəfər koronavirusa yoluxdu - RƏSMİ

Azərbaycanda 1 nəfər koronavirusa yoluxdu - RƏSMİ

Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD - 19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.

Xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib. Hazırda pasiyentin vəziyyəti sabitdir.

koronavirus

Xəstəxana pasiyenti müvafiq terapiya ilə təmin etmək və infeksiyanın yayılmasına yol verməmək üçün peşəkar həkim heyətinə və ixtisaslaşmış avadanlığa malikdir.

Bundan başqa, virusun yayılmasının məhdudlaşdırılması və onun arzuolunmaz nəticələrə yol açmasının qarşısının alınması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə, o cümlədən bütün lazımi məlumatları əldə etmək məqsədilə virusun mənbəyinin və yayılma yollarının, digər yoluxma hallarının aşkarlanması ilə bağlı xəstənin kontaktlarının müəyyən edilməsinə başlanılıb.

Mənbə: qafqazinfo.az

Marağınızı çəkə bilər:
Məqaləyə emosiya bildir:
4 il əvvəl
6269 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib
Macarıstanın xarici işlər naziri Peter Siyarto ölkəsinin Orta Asiya ilə dostluğuna görə...
  • 9 saat əvvəl
  • 67
Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir  ŞƏRH
Bu gün ölkə və dünya mətbuatında müzakirə olunan mövzulardan biri də Gürcüstan...
  • 11 saat əvvəl
  • 76
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub
Bakı Dövlət Universitetində (BDU) Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya...
  • 12 saat əvvəl
  • 72
Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb
Bakı Mühəndislik Universitetində (BMU) Türkiyənin Antalya şəhərində keçirilən...
  • 14 saat əvvəl
  • 88
Baş nazir Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib
Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun...
  • 15 saat əvvəl
  • 89
Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir
Körfəz Əməkdaşlıq Şurasına üzv olan ölkələr üzrə (BƏƏ, Bəhreyn, Səudiyyə...
  • 15 saat əvvəl
  • 95