4 yaş sindromu nədir?
Uşaqların bəzi yaş mərhələlərində sindromlar ortaya çıxır. 4 yaş sindromu da bunlardan biridir. Sindrom, bir-biri ilə əlaqəsi olmadığı düşünülən davranışların eyni müddət ərzində yaşandığı durumdur. 4 yaş sindromu adından da göründüyü kimi 4 yaşda baş verir. Bu müddət ərzində ailələr uşaqlarına diqqət və anlayış göstərməlidirlər.
4 yaş sindromu yaşayan uşaqların ortaq xüsusiyyətləri
1. Özbaşlarına hərəkət etmək istəyərlər
3 yaşını tamamlayan qız və oğlan uşaqları artıq nələrinsə fərqinə varmağa başlayırlar. O vaxtadək ailələrindən öyrəndiklərini bundan sonra özləri etmək istəyirlər. Məsələn, azyaşlı geyimlərinin mövsümün şərtlərinə uyğun olub-olmadığına özü qərar verməyə çalışır. Bu dönəmdə uşaqlara anlayış göstərmək lazımdır.
2. İnadkar və eqoist davranmağa başlayırlar.
4 yaş sindromu yaşayan uşaqlar ailələrinin qərarlarını müzakirə etməyə başlayırlar. Onların inadları, azadlıq hissləri artır. Gələcək illərdə inadkarlıqlarının qalıcı olmaması üçün ailələr diqqətli olmalıdır. Uşağa hiss etdirmədən qaydalar qoymaq və müəyyən çərçivələr çəkmək onu bu müddətdə sakitləşdirəbilər. Bu dönəmdə uşaqlar heç bir təklifi və ya fikri qəbul etmirlər. Hər şeyə mənfi cavab verirlər. Zilələrin anlayışlı olması uşaqların bu sindromdan asanlıqla çıxmasına səbəb olar.
3. Cinsi kimliklərini və qarşı cinsi fərq edirlər
Uşaqlar 4 yaşlarına çatdıqda onlardan fərqli olan və görünən qarşı cinsin varlığını anlamağa başlayırlar. Bununla bağlı çoxlu suallar verirlər. Ailələr övladlarına məntiqli və dəqiq cavablar verməlidir.
4. Sosiallaşmaq istəyirlər
4 yaşına çatan uşaqlar dostluq anlayışını qavramağa başlayırlar. Yaşıdları ilə sosiallaşmaq onlar üçün önəmli hala çevrilir. Paylaşmağın önəmini də bu dönəmdə öyrənirlər. Simvolik oyunlar oynamağa başladıqları bu dönəmdə oyuncaqlarını dostları ilə bölüşmələri onların xarakterini ortaya qoyur.
5. Hər şeylə maraqlanırlar
Üsaqlar həyatda baş verənləri 4 yaşından etibarən başa düşürlər. Bu dövr həm uşaq, həm də ailəsi üçün çətindir. Uşaqlar hər şeylə maraqlanaraq səbəb-nəticə əlaqəsi qurmağa çalışırlar. Buna görə ailələr onların suallarını həvəslə cavablandırmalıdır.
6. Yalanı kəşf edirlər və yalan danışmağa başlayırlar
4 yaş sindromunun təzahürlərindən biri də uşaqların yalanı kəşf etməsidir. Uşaqlar ailələrinə istədiklərini etdirmək üçün yalan danışırlar. Ailələr yalan danışmağın pis vərdiş olduğunu uşaqlara başa salmağa çalışmalıdır.
7. Hirs, hikkə nümayiş etdirə bilərlər
İnadkar olan uşaqlar sərt rəftarlar göstərə bilərlər. Ailə üzvləri bu dönəmdə uşaqları sakitləşdirmək üçün onların diqqətini yaradıcı oyunlara və zehni inkişaf etdirən fəaliyyətlərə yönəltməlidir.
8. Xəyali dostluq edə bilərlər
4 yaşına çatan uşaqlar kompüter və televizora çox baxdıqları üçün xəyal dünyalarının sərhədlərini aşa bilərlər. Onlar real həyatda mövcud olmayan bəzi obrazlara inana, onlarla xəyali dostluq qura bilərlər.
Ailələr 4 yaş sindromuna necə münasibət sərgiləməlidir?
4 yaş sindromu həm oğlan, həm də qız uşaqlarında yarana bilər. Bu vəziyyətdə önəmli olan valideynlərin anlayış və təmkin göstərməyidir. 4 yaş sindromu yaşayan uşaqların hər şeyə "yox" demək vərdişləri olur. Uşaqlarla rəftarda diqqətli olmaq, onları başa düşməyə çalışmaq lazımdır. Bu dönəmdə uşaqlar cinsi kimliklərini öyrənirlər və öz cinslərinin mənsublarıyla yola getmirlər. Qarşı cinslə münasibət qururlar və onları tanımağa çalışırlar. 4 yaş sindromu səbəbiylə uşaqların yaşadığı duyğusal anları problem kimi qiymətləndirmək olmaz. Onlara qarşı səbrli olmaq gərəkdir.
4 yaş sindromunu necə keçmək olar?
- Uşağa bəzi qaydaların və sərhədlərin vacibliyini o sakitəşəndə başa salmalısınız.
- Onlara bəslədiyiniz sevgini hər fürsətdəcə bəlli etməlisiniz.
- Övladınızı başqa uşaqlarla müqayisə etməməlisiniz.
- Uşaq hirsi davrandıqda eyni hirslə qarşılıq verməməlisiniz.
- Diqqət çəkmək məqsədi ilə etdiyi hər hərəkətə reaksiya verməməlisiniz.
- Yaxşı davranışlarını təqdir etməlisiniz.
- Uşağın yanında mübahisə etməməlisiniz.
- Ağır cəzalar qoymamalı, lakin qaydalarla müəyyənləşən həyat yaşatmalısınız.