Ağ saçları qaraltmaq üçün 10 ən təsirli bitki mənşəli üsul

Saçlar niyə ağarır? Saç ağarmasına qarşı tətbiq edilən ən yaxşı üsulları bir araya gətirmişik. Bu problemi həll etmək üçün bitki mənşəli üsullara diqqət yetirin. Saçların ağarmasının qarşısını alan təbii üsullar aşağıdakılardır.

1. Kokos yağı

Kokos yağı

Saç sağlamlığına mühüm töhfələr verən kokos yağı bir çox saç baxım məhsulunun tərkibinə daxildir. Bir az limon suyu ilə qarışdırılan kokos yağı saçların ağardılmasına qarşı çox təsirlidir. Bu qarışıqla saçlarınızın erkən yaşlarda ağarmasının qarşısını ala bilərsiniz.

2. Badam yağı

Badam yağı

Badam yağı saç sağlamlığına əhəmiyyətli dərəcədə təsir edir. Saç sağlamlığı üçün təbii vasitə kimi istifadə olunur. Saç dərinizi 15 dəqiqə badam yağı ilə masaj edin. Nəticəsini görəcəksiniz.

3. Soğan Suyu

Soğan Suyu

Soğan suyu xüsusilə saç boyaları çıxana qədər saçların ağarmasına qarşı geniş istifadə olunurdu. Soğan suyu ilə yanaşı, tərkibində sarımsaq və zeytun yağı olan bir qarışıq da hazırlaya bilərsiniz. Bu üsul üçün 1 orta boy soğan və 6-7 diş sarımsağı yaxşıca əzərək qarışdırın. Sonra 1 yumurta sarısı və stəkanın dörddə biri qədər yağəlavə edib yenidən qarışdırın. Maye konsistensiyasına malik olan qarışığı saçlarınıza çəkin. Təxminən 1 saatdan sonra yuyun. Bu prosesi həftədə bir dəfə tətbiq etməyi məsləhət görürük.

4. Kartof

Kartofun saça faydası

5-6 kartofun qabığını soyduqdan sonra qazana atın və bir müddət qaynadın. Qaynadıqdan sonra ocağın dərəcəsini azaldın və ən aşağı istilikdə daha 10 dəqiqə bişirməyə davam edin. Ən axırda kartofun qabığını soyun və əldə edilən suyu hermetik bir qaba qoyun. Hazırladığınız bu təbii məhsulu saçlarınızın köklərinə çəkin.

5. Çay, soğan və dəfnə yarpağı qarışığı

Çay, soğan və dəfnə yarpağı qarışığı

Bu qarışığı hazırlamaq üçün iki litr suya iki xörək qaşığı çay, soğan və 3 dəfnə yarpağı əlavə edin. Qaynatdıqdan sonra yaxşıca süzün. İlıq halda nəmli saçlarınızın kökünə çəkin.

6. Qara zirə yağı

Qara zirə yağı

Bu üsulu tətbiq etməzdən əvvəl saçınızı təbii və bitki mənşəli sabunla yuyun. Sonra qara zirə yağı ilə saç köklərinizi masaj edin və dəsmal ilə sarıyın. 15-20 dəqiqə gözlədikdən sonra saçınızı yenidən təbii sabunla yuyun.

7. Köri bitkisi

Köri bitkisi

Saçların ağarmasının qarşısını almaq üçün köri bitkisindən geniş şəkildə istifadə olunur. Körinin yarpaqlarını yaxşıca əzin və sonra saçınızın köklərinə çəkin.

8. Rozmarin və adaçayı

Rozmarin və adaçayı

2 stəkan suya yarım stəkan rozmarin və yarım stəkan adaçayı əlavə edin. Sonra suyu ayırıb şampunla yuduğunuz saçlarınızı bu su ilə yaxalayın.

9. Qara çay və limon

Qara çay və limon

Qara çay saçları gücləndirir, qırıqları bərpa edir və saçları qidalandırır. Saçları parlaqlaşdıran qara çayı limon suyu ilə qarışdırıb yarım saat saxlayın. Daha sonra bu qarışıqla saçlarınızı 10 dəqiqə masaj edin və 1 saat gözləyin. Axırda saçınızı şampunla yuyun.

10. Yaşıl çay və şam skipidar yağı

Yaşıl çay və şam skipidar yağı

Saça tətbiq edildikdə saçın rəngini qoruyur və tökülməsinin qarşısını alır. Qısa müddətdə ağ saçları qaraldır. Baş dərisində yaranan xəstəliklərə xeyirlidir və kəpək problemini aradan qaldırır. Saç köklərini gücləndirən yaşıl çay yeni saçların çıxmasına da imkan verir. Bir çay qaşığı şam skipidar yağı bir fincan dəmlənmiş yaşıl çayla qarışdırılmalıdır. Bu qarışıq fırça ilə saça tətbiq olunur, 30 dəqiqə gözlədikdən sonra saçlar şampunla yuyulur. Həftədə iki dəfə tətbiq edilməlidir.

[xeberdarliq]

Yazar: İlk yazar