Ağdamın Xıdırlı kəndində 719 fərdi ev tikilir

Ağdamın Xıdırlı kəndində 719 fərdi ev tikilir

Ağdam rayonunda tikinti-quruculuq işlərinin geniş vüsət aldığı yaşayış məskənlərindən biri də Xıdırlı kəndidir. Kəndin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi bildirib ki, Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5093 nəfərin məskunlaşdırılması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 418 hektardır. Kəndin salınmasının birinci mərhələsi üçün 170 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi ev tikilir. Bu evlər 2,3,4 və 5 otaqlı olacaq.

Evlərin hər birində torpaq və bünövrə işləri, 643 fərdi evin isə hörgü işləri tamamlanıb, hazırda xarici və daxili bəzək işləri görülür. Həmçinin kənddə mərkəzi kommunikasiya sisteminin və yol infrastrukturunun da inşası davam etdirilir. Çoxfunksiyalı bina, ailə sağlamlıq mərkəzi, bayraq meydanı, klub-icma mərkəzi, məktəb, uşaq bağçası, xalq sənətkarlıq emalatxanaları və satış köşkləri, bazarın tikintisi aparılmaqdadır.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 saat əvvəl
20 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Britaniya Baş naziri geyimlə bağlı ianələrdən imtina edəcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer, müavini Ancela Reyner və maliyyə naziri Reyçl...
  • 44 dəq. əvvəl
  • 9
Taner Beyoğlu: İstanbulda keçiriləcək sərgidə Azərbaycandan ona yaxın nəşriyyat iştirak edəcək
“Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi olaraq dünyanın fərqli ölkələrindən...
  • 1 saat əvvəl
  • 19
SOCAR ilə “MOL Hungarian Oil and Gas” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
“Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü münasibətilə təşkil olunan...
  • 3 saat əvvəl
  • 31
Naxçıvan teatrının 142-ci mövsümünün açılış mərasimi keçirilib
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan teatrının...
  • 4 saat əvvəl
  • 38
“Aghdam City Hotel” bölgədə turizmin inkişafına təkan verəcək
İşğaldan azad olunmuş ərazilərimiz tarixi-mədəni dəyərləri ilə yanaşı, füsunkar...
  • 5 saat əvvəl
  • 41
Ceyms Uorlik: Sülh sazişi ilə bağlı bir çox məsələlərdə irəliləyişin əldə olunmasından çox şadam
“Azərbaycanla Ermənistan arasında sülh razılaşmasını əldə etməyin çox vacib olduğunu...
  • 7 saat əvvəl
  • 51