Ceyms Uorlik: Sülh sazişi ilə bağlı bir çox məsələlərdə irəliləyişin əldə olunmasından çox şadam

Ceyms Uorlik: Sülh sazişi ilə bağlı bir çox məsələlərdə irəliləyişin əldə olunmasından çox şadam

“Azərbaycanla Ermənistan arasında sülh razılaşmasını əldə etməyin çox vacib olduğunu düşünürəm”.

Bu sözləri ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Ceyms Uorlik deyib. O, bu prosesin çətin olduğunu və qarşısında müəyyən maneələrin dayandığını bildirib. “Hesab edirəm ki, ilkin addım olaraq çərçivə razılaşması əldə etmək mümkündür. Orada bir sıra, o cümlədən Azərbaycanın narahat olduğu Ermənistanın Konstitusiyasına dəyişiklik məsələsi var. Həmçinin Ermənistanın da narahat olduğu bəzi məsələlər mövcuddur. Bütün bunlar ən azından çərçivə sazişinin qarşısında dayanmamalıdır. Mən bir çox məsələlər, o cümlədən demarkasiya və kommunikasiyalarla bağlı irəliləyişin əldə olunmasından çox şadam. Düşünürəm ki, bir sıra çətin mövzular, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı məsələlərdə irəliləyiş üçün imkanlar var. Tərəflərin bir-biri qarşısında öhdəlik götürməsi və irəli addımlamaq üçün yollar tapması, xüsusilə də beynəlxalq səhnədə getdikcə liderlik rolunu artıran Azərbaycan üçün çox vacibdir”,- deyə keçmiş həmsədr bildirib.

Ceyms Uorlik Qarabağda gedən yenidənqurma işlərinə də toxunaraq orada ABŞ şirkətləri üçün də investisiya imkanları ola biləcəyini qeyd edib. “ABŞ şikətləri üçün Azərbaycanda çox böyük imkanlar var. Biz bunun uzun illər şahidi olmuşuq. ABŞ Azərbaycan əlaqələri hər zaman sıx və səmimi olub. Biz bir çox məsələlərlə bağlı birgə işləmişik. Hazırda bu cür imkanlar Qarabağda açılıb. Düşünürəm ki, ABŞ şirkətləri bunu nəzərdən keçirməlidir”, - deyə o bildirib.

Vaşinqton

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
5 saat əvvəl
39 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Ağdamın Xıdırlı kəndində 719 fərdi ev tikilir
Ağdam rayonunda tikinti-quruculuq işlərinin geniş vüsət aldığı yaşayış...
  • 9 dəq. əvvəl
  • 3
SOCAR ilə “MOL Hungarian Oil and Gas” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
“Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü münasibətilə təşkil olunan...
  • 1 saat əvvəl
  • 18
Naxçıvan teatrının 142-ci mövsümünün açılış mərasimi keçirilib
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan teatrının...
  • 2 saat əvvəl
  • 27
“Aghdam City Hotel” bölgədə turizmin inkişafına təkan verəcək
İşğaldan azad olunmuş ərazilərimiz tarixi-mədəni dəyərləri ilə yanaşı, füsunkar...
  • 3 saat əvvəl
  • 32
Qurban Qurbanov: "Neftçi"nin nəticələri məni də məyus edir
"İlk olaraq xalqımızı bayram münasibətilə təbrik edirəm. Oyuna gəlincə, yaxşı...
  • 5 saat əvvəl
  • 48
Ağdam İmarət Kompleksi ziyarətçilər üçün açıqdır
Ağdam rayonunda erməni vandalizmi nəticəsində dağıdılıb talan edilmiş tarixi-memarlıq...
  • 6 saat əvvəl
  • 56