Qurban Qurbanov: "Neftçi"nin nəticələri məni də məyus edir

Qurban Qurbanov: "Neftçi"nin nəticələri məni də məyus edir

"İlk olaraq xalqımızı bayram münasibətilə təbrik edirəm. Oyuna gəlincə, yaxşı komandaya qarşı mübarizə apardıq. İlk hissənin sonlarına yaxın rəqib hücumlar edirdi".

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının VII turunda doğma meydanda "Neftçi"ni 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, yerli çempionatdan fərqli olaraq, avrokuboklarda daha yüksək templə oynayacaqlarını söyləyib: "Hər bir elementə hazır olmalıyıq. "Neftçi" ilə oyunda bəzi zonaları "Tottenhem"lə oyunöncəsi yoxladım".

Q. Qurbanov "Neftçi"nin nəticələrinə məyus olduğunu bildirib: "Heç bir komanda başına gələnlərdən sığortalanmayıb. "Qarabağ" da uğursuzluq yaşaya bilər. "Neftçi" böyük komandadır. Mən özüm də bu klubun şərəfini qorumuşam. İnanıram ki, hər şey yaxşı olacaq".

53 yaşlı çalışırdırıcı sabiq futbolçusu Qara Qarayev haqqında da fikirlərini bölüşüb: "Onun hazırda "Qarabağ"a qayıdacağı gündəmdə deyil. Qara güclü xarakterə malik olan biridir. Onun işləri yolunda getməyəndə özünü hər zaman günahlandırır".

Mütəxəssis Ağdam şəhərində təməli qoyulan "İmarət" stadionunun tikintisi barədə də danışıb: "Çox xoş hal idi. Bu cür başlamaq möhtəşəmdir.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
5 saat əvvəl
48 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Ağdamın Xıdırlı kəndində 719 fərdi ev tikilir
Ağdam rayonunda tikinti-quruculuq işlərinin geniş vüsət aldığı yaşayış...
  • 11 dəq. əvvəl
  • 3
SOCAR ilə “MOL Hungarian Oil and Gas” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
“Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü münasibətilə təşkil olunan...
  • 1 saat əvvəl
  • 18
Naxçıvan teatrının 142-ci mövsümünün açılış mərasimi keçirilib
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan teatrının...
  • 2 saat əvvəl
  • 27
“Aghdam City Hotel” bölgədə turizmin inkişafına təkan verəcək
İşğaldan azad olunmuş ərazilərimiz tarixi-mədəni dəyərləri ilə yanaşı, füsunkar...
  • 3 saat əvvəl
  • 32
Ceyms Uorlik: Sülh sazişi ilə bağlı bir çox məsələlərdə irəliləyişin əldə olunmasından çox şadam
“Azərbaycanla Ermənistan arasında sülh razılaşmasını əldə etməyin çox vacib olduğunu...
  • 5 saat əvvəl
  • 40
Ağdam İmarət Kompleksi ziyarətçilər üçün açıqdır
Ağdam rayonunda erməni vandalizmi nəticəsində dağıdılıb talan edilmiş tarixi-memarlıq...
  • 6 saat əvvəl
  • 56